Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Yol nəqliyyat hadisələrin sayı

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

Onlayn imtahanlara keçid təhsil idarəçiliyində daha çevik modelin formalaşmasına gətirib çıxaracaq

Onlayn imtahanlara keçid təhsil idarəçiliyində daha çevik modelin formalaşmasına gətirib çıxaracaq

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son dövrlərdə təhsil sistemində aparılan rəqəmsal islahatların davamı olaraq magistr imtahanlarının onlayn formada təşkili məsələsi aktuallaşıb. Bu yenilik yalnız texniki dəyişiklik deyil, eyni zamanda ali təhsilə qəbul prosesində çeviklik, ədalətlilik və şəffaflığı artırmaq məqsədi daşıyır. Onlayn modelin tətbiqi regionlardan gələn gənclərin əlavə xərclərdən azad olması, vaxt və resurs baxımından qənaət əldə etməsi baxımından da əhəmiyyətli sayılır. Bəs, bu təhsil sistemində nələri dəyişəcək?

Bununla bağlı Missiya.Az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, magistr imtahanlarının onlayn formada keçirilməsi təhsil sistemində idarəetmə, bərabərlik və rəqəmsallaşma prinsiplərinə yeni nəfəs gətirəcək mühüm yenilik kimi qiymətləndirilməlidir:

"Bu qərar həm Elm və Təhsil Nazirliyinin, həm də Dövlət İmtahan Mərkəzinin son illərdə həyata keçirdiyi rəqəmsal transformasiya siyasətinin məntiqi davamıdır. Təhlil göstərir ki, onlayn imtahan modelinin tətbiqi yalnız texniki dəyişiklik deyil, həm də ali təhsilə qəbul prosesinin fəlsəfəsində keyfiyyətcə yeni mərhələ yaradacaq. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində təhsilin bərabər imkanlar əsasında təşkil olunması, 15-ci maddəsində isə bilik və bacarıqların obyektiv qiymətləndirilməsi prinsipi təsbit olunub. Onlayn imtahanların tətbiqi bu prinsipləri reallaşdırmaq üçün mühüm addımdır. Çünki regionlarda yaşayan gənclər artıq magistr imtahanı üçün paytaxta gəlmək, uzun məsafələr qət etmək və əlavə xərclər çəkmək məcburiyyətindən azad olacaq. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, hər il magistratura imtahanlarında 22 minə yaxın namizəd iştirak edir və onların 40 faizdən çoxu regionlardan gəlir".

K.Əsədov qeyd edib ki,  onlayn sistem bu bərabərsizliyi azaldacaq, hər bir vətəndaşa yaşadığı yerdən bərabər imkanlarla iştirak imkanı yaradacaq:

"Bu, həm də Prezident İlham Əliyevin “Rəqəmsal Azərbaycan 2030” strategiyasında göstərilən “rəqəmsal xidmətlərə çıxışda bərabərlik və səmərəlilik” prinsipinə uyğundur. Dövlət İmtahan Mərkəzinin son illərdə həyata keçirdiyi texnoloji yeniliklər – məsafədən izləmə sistemi, onlayn qeydiyyat və elektron cavab kartları – göstərir ki, bu qurum texnoloji infrastruktur baxımından belə bir yeniliyə tam hazırdır. DİM-in “Elektron imtahanlar portalı” vasitəsilə artıq bəzi sınaq və sertifikat imtahanları məsafədən izlənməklə keçirilib və bu prosesdə şəffaflıq, təhlükəsizlik və etibarlılıq təmin olunub. Onlayn formatda magistr imtahanlarının təşkili də bu müasir texnoloji bazaya əsaslanaraq daha çevik, ədalətli və şəffaf sistemin qurulmasına imkan verəcək. Bu, Elm və Təhsil Nazirliyinin idarəetmədə rəqəmsal transformasiyanı sürətləndirməsi baxımından da strateji uğurdur. Dünya təcrübəsində onlayn imtahanların tətbiqi artıq geniş yayılıb. ABŞ-də “GRE” imtahanı pandemiyadan sonra “GRE at Home” formatına keçdi və bu gün 180-dən çox ölkədə eyni səviyyədə tətbiq olunur. Böyük Britaniyada “IELTS Indicator”, Almaniyada “TestAS Digital” kimi modellər onlayn rejimdə uğurla həyata keçirilir. Bu sistemlərdə üz tanıma, klaviatura davranışı, ekran nəzarəti və səs izləmə texnologiyaları vasitəsilə akademik dürüstlük təmin olunur". 

Ekspertin sözlərinə görə, Azərbaycan üçün də belə mexanizmlərin tətbiqi həm beynəlxalq standartlara inteqrasiya, həm də imtahan etibarlılığının artırılması baxımından əhəmiyyətli olacaq:

"Elm və Təhsil Nazirliyinin bu istiqamətdə təşəbbüsü ölkənin ali təhsil sistemini beynəlxalq rəqabət mühitinə uyğunlaşdırmaq niyyətinin göstəricisidir. Onlayn imtahanların müsbət tərəfləri sırasında ən önəmlisi əlçatanlıq və ədalətli qiymətləndirmənin genişlənməsidir. Bu model həm də resurs səmərəliliyini artıracaq – imtahan mərkəzlərinin fiziki yükü azalacaq, nəticələrin emalı daha qısa vaxtda həyata keçiriləcək, insan faktoru minimuma enəcək. Həmçinin bu sistemin tətbiqi ekologiya baxımından da faydalıdır: minlərlə çap materialı, nəqliyyat və enerji sərfiyyatı azalacaq. Bundan əlavə, onlayn format universitetlərə qəbul prosesinin planlaşdırılmasında çeviklik qazandıracaq və tədris ilinə hazırlıq mərhələsini daha optimal edəcək. DİM-in təcrübəsinə əsasən, elektron imtahanlar nəticələrin daha tez və daha şəffaf elan edilməsinə səbəb olur ki, bu da ictimai etimadı gücləndirir. Lakin bu yeniliyin həyata keçirilməsi müəyyən problemləri də ehtiva edir. Əvvəla, internet infrastrukturunun qeyri-bərabərliyi bəzi regionlarda iştirakçıların texniki çətinliklərlə üzləşməsinə səbəb ola bilər. 2023-cü ilin rəsmi statistikasına görə, ölkə üzrə ev təsərrüfatlarının təxminən 81 faizi sabit və ya mobil internetə malik olsa da, bu göstərici bəzi kəndlərdə 60 faizdən aşağıdır. Bu baxımdan, imtahan ədalətliliyinin qorunması üçün dövlətin dəstəyi ilə “rəqəmsal bərabərlik fondu” kimi mexanizmlər formalaşdırıla bilər. Həmçinin etik nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vacibdir. Məsələn, namizədin yerinə başqasının imtahana daxil olmasının qarşısını almaq üçün biometrik identifikasiya və ikiqat təsdiq sistemləri tətbiq olunmalıdır. “İnzibati Xətalar Məcəlləsi”nin 347-ci maddəsinə əsasən, imtahan prosesinə qanunsuz müdaxilə halları inzibati məsuliyyət doğurur, lakin onlayn format üçün bu mexanizm əlavə hüquqi izah tələb edir. Təhlil göstərir ki, onlayn imtahanlara keçid təhsil idarəçiliyində daha çevik modelin formalaşmasına, DİM və Elm və Təhsil Nazirliyi arasında koordinasiyanın güclənməsinə gətirib çıxaracaq. Bu, həmçinin dövlətin vətəndaşa rəqəmsal xidmət təqdimetmə bacarığının göstəricisi olacaq".

Seyranə Quliyeva
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://missiya.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see215

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see208

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see197

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see181

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see177

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see161

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see157

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see149

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see146

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see145

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see142

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see138

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see135

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see132

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see132

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see131

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see128

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

20 Noyabr 2025 11:24see128

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see127

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

20 Noyabr 2025 16:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri