Icma.az
close
up
RU
“Zəngəzur dəhlizinin açılması Azərbaycanın Naxçıvanla əlaqəsinin formalaşmasına gətirib çıxaracaq” İQTİSADÇI

“Zəngəzur dəhlizinin açılması Azərbaycanın Naxçıvanla əlaqəsinin formalaşmasına gətirib çıxaracaq” İQTİSADÇI

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Azərbaycanın ABŞ-la siyasi dialoqu yeni mərhələyə qədəm qoyur. Xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşü zamanı səsləndirdiyi açıqlama Bakının bölgədə açılacaq yeni geosiyasi-kommunikasiya xəttinə – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”na verdiyi önəmi bir daha nümayiş etdirdi.

Bu marşrut Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsini hədəfləyir və regional nəqliyyat arxitekturasının yenidən qurulmasında böyük rol oynaya bilər. Rəsmi Bakının bu layihənin sürətləndirilməsində maraqlı olduğunu bəyan etməsi həm ABŞ-Azərbaycan münasibətlərinə, həm də Cənubi Qafqazın gələcək nəqliyyat xəritəsinə ciddi təsir edəcək əsas mesajlardan biri kimi qiymətləndirilir.

Azərbaycan “Tramp Marşrutu”nun sürətləndirilməsində maraqlı olduğunu bəyan etməklə regionda hansı iqtisadi nəticələrin formalaşmasına nail olmağa çalışır?

Mövzu ilə bağlı Gununsesi.infoya danışan iqtisadçı Xalid Kərimli vurğulayıb ki, həm Naxçıvan blokadadan çıxsın, həm Azərbaycanla Türkiyə arasında daha sürətli və qısa məsafə olsun:

“Zəngəzur dəhlizinin açılması Azərbaycanın Naxçıvanla əlaqəsinin formalaşmasına gətirib çıxaracaq. Birbaşa əlaqənin, maneəsiz əlaqənin. Azərbaycanın Naxçıvana, yəni Azərbaycan ərazisindən Naxçıvana quru yolu formalaşacaq. Tramp marşrutu həm də enerji koridorudur — qaz və işıq çəkiləcək oradan, rabitə xətləri çəkiləcək, quru yolu və dəmir yolu xətti çəkiləcək.

Bu, imkan verəcək ki, həm Naxçıvan blokadadan çıxsın, həm Azərbaycanla Türkiyə arasında daha sürətli və qısa məsafə olsun. Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə, Naxçıvana gedən, Azərbaycandan əsas hissəsindən Naxçıvana gedən yüklər daha ucuz, daha sürətlə gedib-gəlsinlər. Həm də imkan verəcək ki, Mərkəzi Asiya ilə Türkiyə əlaqələrində alternativ, səmərəli marşrut formalaşsın.

Həm də eyni zamanda Ermənistanın blokadadan çıxmasına imkan verəcək. Ermənistan bu dəhliz vasitəsilə Azərbaycanın üzərindən Rusiyaya və Mərkəzi Asiyaya çıxış kanalı formalaşdıracaq — özü üçün alternativ. Həm də Rusiyaya daha rahat getmək imkanları formalaşacaq”.

İqtisadçının sözlərinə görə regiona maliyyə-investisiya resursları cəlb edə bilər:

“Bölgədə həm Azərbaycana, həm Ermənistana, həm Türkiyəyə, həm Mərkəzi Asiya ölkələrinə çox faydalıdır, Rusiyanın özünə də. Amma ən çox dediyim üç ölkə — Azərbaycan, Ermənistan və Türkiyə üçün çox vacib, əhəmiyyətli koridorun formalaşmasına gətirib çıxara bilər. Və bu da Orta Dəhlizin bir elementinə çevrilə bilər. Çinlə gələn yüklərin Mərkəzi Asiyadan keçməklə Azərbaycanın üzərindən Türkiyə və Avropaya gedişinin və ikisinin formalaşdıra bilər.

Yəni bu baxımdan çoxlu həm transit gəlirləri, həm iqtisadi artımı təşviq edən məşğulluq, həm idxal-ixrac əməliyyatlarının yaxşılaşması — yəni daha sürətli, daha ucuz gəlməsinə səbəb ola bilər. Bundan başqa, regiona maliyyə-investisiya resursları cəlb edə bilər, eyni zamanda siyasi-strateji əhəmiyyətini ölkə üçün artıra bilər”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Noyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri