Icma.az
close
up
RU
Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək Sabahdan

Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək Sabahdan

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, müştərilər bank və BOKT-lara yazılı müraciət edərək istehlak kreditinin məsafədən rəsmiləşdirilməsinə və ya kredit limitinin artırılmasına məhdudiyyət qoya biləcəklər. Bu məhdudiyyət müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə etdiyi yazılı müraciət əsasında aradan qaldırıla bilər.

Banklar və BOKT-lar kredit verərkən müştərinin belə məhdudiyyət qoyub-qoymadığını öz sistemləri ilə yanaşı, kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalı olacaqlar. Məhdudiyyət qoyulmuş şəxslə məsafədən istehlak krediti müqaviləsi bağlamaq və ya kredit limitini artırmaq mümkün olmayacaq. pizza mizza

Məhdudiyyət qoymuş şəxs sonradan məsafədən kredit götürmək və ya kredit limitini artırmaq üçün müraciət etdikdə, bank və ya BOKT müştərini bu barədə mobil tətbiq və ya SMS vasitəsilə dərhal məlumatlandıracaq.

Əlavə olaraq, yeni qaydalara əsasən, məsafədən verilən istehlak kreditlərində və ya artırılan kredit limitlərində vəsait dərhal təqdim edilməyəcək. Belə ki, gün ərzində verilən və ya artırılan vəsait minimum əmək haqqının iki mislinədək olduqda, pul müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 2 saat sonra veriləcək. Məbləğ minimum əmək haqqının iki mislindən çox olduqda isə vəsait 24 saat sonra təqdim olunacaq.

Bundan başqa, istehlak krediti müqaviləsində borcalanın verilmiş və ya artırılmış kredit üzrə öhdəlikdən azad edilməsi ilə bağlı müddəa da nəzərdə tutulacaq. Məsafədən rəsmiləşdirilən istehlak krediti müqavilələrində və ya kredit limitinin artırılması ilə bağlı müqavilə dəyişikliklərində borcalanın məsafədən kredit götürməyə məhdudiyyət qoyub-qoymadığı barədə məlumat da əks olunacaq.

Qeyd edək ki, qərar oktyabrın 1-dən qüvvəyə minəcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Sentyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri