Icma.az
close
up
RU
Sabahdan Rusiyada yeni qaydalar qüvvəyə minir

Sabahdan Rusiyada yeni qaydalar qüvvəyə minir

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyada noyabr ayı ilə birlikdə vətəndaşların gündəlik həyatına və maliyyə əməliyyatlarına birbaşa təsir edəcək bir sıra yeni qanunvericilik dəyişiklikləri qüvvəyə minir. 

"Cebheinfo.az" Rusiya mediasına istinadən xəbər verir ki, vergi yığımından miras idarəsinə, ünsiyyətdən pensiya ödənişlərinə qədər bir çox sahədə mühüm yeniliklər tətbiq olunacaq. 

1 noyabrdan etibarən Federal Vergi Xidməti (FNS) müəyyən şərtlər altında fiziki şəxslərdən və sərbəst çalışanlardan məhkəmə qərarı olmadan vergi borclarını yığa biləcək. Bu tətbiq Birgə Vergi Hesabında borc məbləği 500 rublu keçdikdə işə düşəcək. 

Borclulara göndərilən bildirişdə göstərilən müddətdə ödəniş edilməzsə, bank hesabları bloklanacaq və borc həmin hesablardan tutulacaq. Hesabda kifayət qədər vəsait olmadıqda isə vergi orqanı borclunun əmlakına əl qoymaq hüququna malik olacaq. 

Qərara etiraz edənlər quruma yenidən hesablanma üçün müraciət edə və ya şikayət ərizəsi yaza bilərlər. 24 noyabrdan etibarən notariuslar miras işi açıldıqdan sonra Mərkəzi Kredit Qeydləri Kataloquna və kredit bürolarına sorğu göndərmək öhdəliyinə malik olacaqlar. Aldıqları cavabdan sonra üç iş günü ərzində mirasçıları mərhumun hər hansı bir krediti olub-olmadığı barədə məlumatlandıracaqlar. 

Bu pulsuz xidmət mirasçıların miras qalan əmlakın dəyərini aşan borclarla qarşılaşma riskini əvvəlcədən görmələrini təmin edəcək. Oktyabrın sonunda altı günlük iş həftəsindən sonra, Milli Birlik Günü münasibətilə 2–4 noyabr tarixləri arasında üç günlük rəsmi tətil olacaq. 1 noyabrdan etibarən Moskvada başqa bir şəxs adına onlayn həkim görüşü təyin etmək üçün SMS vasitəsilə bir dəfəlik təsdiq kodu tələb olunacaq. 

80 yaşdan yuxarı vətəndaşlar, 1-ci qrup əlillər və bəzi aviasiya və kömür sənayesi işçilərinin pensiyalarında artım ediləcək. Sərgilərin təşkili, virtual reallıq məzmununun hazırlanması və yükqaldırma maşınlarının idarəsi daxil olmaqla onlarca yeni GOST standartı qüvvəyə minəcək. 

26 noyabrdan etibarən Hava Məcəlləsinə edilən əlavələrlə hərbi və polis aviasiyası kimi dövlət aviasiyası sahəsində yeni bir dövlət nəzarəti növü tətbiq olunacaq. Moskva və Moskva vilayətində 1 sentyabrdan etibarən qanuni şəkildə yaşayan xaricilər 29 noyabradək mobil tətbiq vasitəsilə miqrant qeydiyyatını tamamlamalı olacaqlar.

Nigar Hacılı 
"Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri