Onlayn oyunlar uşaqların yaradıcılığına necə təsir edir? Psixoloqdan AÇIQLAMA
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
"Yeni nəsil onlayn oyunlar, sosial şəbəkələr, qısa videolar və süni intellekt alətləri insan beyninin eyni sahələrinə təsir göstərir. Bu təsir xüsusilə formalaşma mərhələsində olan uşaqlarda beyin fəaliyyətini passivləşdirir, təxəyyül və müstəqil təfəkkürü məhdudlaşdırır. Uşaqlar uzun müddət nəzarətsiz onlayn oyunlar oynadıqda, fərqli və tanımadıqları insanlarla virtual mühitdə qarşılaşırlar".
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib.
"Həddindən artıq oyun, sürətli keçidlər və realist görüntülər beyin fəaliyyətini zahirən sürətləndirir. Lakin bu sürət diqqətin toplanmasını çətinləşdirir. Uşaqlar hər şeyi dərhal və hazır formada əldə etməyə öyrəşirlər. Beyin bu rahatlığa adaptasiya olduqca yeni ideyalar kəşf etmək, yaradıcı düşüncə formalaşdırmaq daha çətinləşir".
O bildirib ki, 1980–1990-cı illərdə və ya 2000-ci illərin əvvəlində uşaqların oyun fəaliyyəti ilə son 10–20 ilin uşaqları arasında ciddi fərq var:
"Əvvəllər oyunlar ailə mühitindən, gündəlik həyatdan götürülür, rol oyunları üzərində qurulurdu. İndiki uşaqlar isə əsasən telefonda və ekranda gördüklərini təkrarlayırlar. Onların rol modelləri artıq ailə üzvləri deyil, virtual oyun personajları və ekran obrazlarıdır.
Bu səbəbdən əvvəlki dövrlərdə formalaşan yaradıcı bacarıqlar bu gün daha az müşahidə olunur. Çünki süni intellekt vasitəsilə artıq musiqi yazmaq, səs yaratmaq, klip hazırlamaq mümkündür. Hətta süni intellektlə yaradılan virtual bloqerlər reklam qəbul edərək gəlir əldə edirlər. Bu proses insan faktorunun tədricən azalmasına gətirib çıxarır".
Psixoloq deyib ki, mövcud şəraitdə uşaqları tam qorumaq mümkün deyil:
"Lakin müəyyən məhdudiyyətlər və balanslı yanaşma ilə onların beyin inkişafına müsbət təsir göstərmək olar. Hər şeyin hər an hazır olması həyat üçün həmişə faydalı deyil. Məhz çətinlik və axtarış insan təfəkkürünü inkişaf etdirən əsas amillərdir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Futbol emosional dünyamıza necə təsir edir? Psixoloqdan AÇIQLAMA
28 İyul 2025 18:12
Valideynərin boşanması uşaqlara necə təsir edir? Psixoloqdan AÇIQLAMA
15 Yanvar 2025 18:13
Qalmaqallı psixoloqdan AÇIQLAMA
20 Fevral 2025 14:58
Maddə asılılığı beyin funksionallığına necə təsir edir? Psixoloqdan AÇIQLAMA
21 Noyabr 2024 15:46
Maddə asılılığı beyin funsionallığına necə təsir edir? Psixoloqdan AÇIQLAMA
20 Noyabr 2024 18:38
Baxış sayı:83
Bu xəbər 16 Yanvar 2026 21:09 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları