Uşaqların kosmetikaya marağına səbəb nədir? Psixoloqdan AÇIQLAMA
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Uşaqların kosmetikaya maraq göstərməsi hər zaman narahatlıq doğuran hal deyil. Lakin bu maraq sosial medianın yaratdığı görünüş standartlarına uyğunlaşmaq istəyindən qaynaqlanırsa, təhlükəli nəticələrə səbəb ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dr. İsaev Klinikasının klinik psixoloqu Mariya Bodryagina “Gazeta.Ru”ya açıqlamasında bildirib.
“Sephora Kids” adlandırılan fenomen 7–14 yaşlı "Alfa" nəsli uşaqlarının makiyaj və dəriyə qulluq vasitələrinə marağını ifadə edir. Sosial şəbəkələrdə bu mövzu ilə bağlı paylaşımlarda uşaqlar və yeniyetmələr kosmetik alış-verişlərini nümayiş etdirir, müxtəlif brendlərin məhsullarını sınaqdan keçirir və gözəllik prosedurlarını müqayisə edirlər.
Psixoloqun sözlərinə görə, problemin mahiyyəti uşaqların kosmetikaya maraq göstərməsində deyil, yetkinlik dünyasına aid təsəvvürlərlə erkən yaşda tanış olmalarında və uşaqlıqlarını vaxtından əvvəl itirmək riskindədir.
Mariya Bodryagina qeyd edib ki, sosial media, videobloqçular və reklamlar uşaqlara yalnız kosmetik məhsulları deyil, həm də özlərini başqalarına necə təqdim etməli olduqlarına dair müəyyən təsəvvürləri aşılayır. Beləliklə, böyüklərə xas gözəllik standartları getdikcə daha erkən yaşlarda uşaqların dünyasına daxil olur.
Ekspertin fikrincə, bunun nəticəsində qızlar xarici görünüşü öz dəyərlərinin əsas göstəricisi kimi qəbul edə, özlərini başqaları ilə müqayisə edə və üzlərindəki qüsurlardan narahat olmağa başlaya bilərlər. Bəzi uşaqlarda makiyajsız kifayət qədər cəlbedici görünmədikləri hissi də yarana bilər.
Psixoloq hesab edir ki, valideynlər uşaqların kosmetikaya marağının səbəbini anlamağa çalışmalıdırlar. Bunun oyun və maraqdan, yoxsa sosial medianın formalaşdırdığı gözəllik standartlarına uyğunlaşmaq istəyindən qaynaqlandığını müəyyənləşdirmək vacibdir.
Bodryagina valideynlərə uşaqları ilə bu barədə açıq danışmağı tövsiyə edib. Məsələn, uşaqlardan müəyyən görünüşdə nəyi bəyəndiklərini və həmin görünüşə sahib olmaq istəyinin haradan qaynaqlandığını soruşmaqla onların düşüncələrini daha yaxşı anlamaq mümkündür.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 12 Oktyabr 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















