Onlayn qumar oyunlarında bank kartlarının alqı satqısını həyata keçirən beş dəstə ifşa edilib
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kiberpolis onlayn qumar və mərc oyunlarında istifadə olunan bank kartlarının alqı-satqısını həyata keçirən 5 dəstəni ifşa edib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən tədbirlərlə qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan 5 fərqli dəstənin 12 nəfərdən ibarət üzvü - Əjdər Əzizov, Fərman Cəfərov, Hikmət Quliyev, habelə Adəm Əliyev və tanışı Cavid İsmayılzadə, Əlvan Musayev eləcə də onunla əlbir olan Məhərrəm Babayev, Rəvan Mehdiyev, Aydın Məmmədzadə və Adil Məmmədov, həmçinin Alşan Səfərov və Rüstəm Novruzov saxlanılıblar.
Daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər edərək alıblar. Daha sonra həmin kartların böyük əksəriyyəti cinayət əməllərində istifadə edilməsi məqsədi ilə, əsasən "Telegram"da ölkə xaricində cinayətkar fəaliyyətlə məşğul olan şəxslərə satılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri 2 mindən artıq bank kartının cinayətkar fəaliyyətə yönləndirildiyi aşkarlanıb.
Qeyd edək ki, əksər hallarda öz kartını dəstə üzvlərinə təqdim edən şəxslər onların hansı məqsədlər üçün istifadə ediləcəyindən xəbərsiz olublar.
Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
Onlayn qumar oyunlarında bank kartlarının alqı-satqısını həyata keçirən beş dəstə ifşa edilib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 25 Oktyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















