Icma.az
close
up
RU
Onminlərlə evə bu sənədlə kupça veriləcək: Proses başladı

Onminlərlə evə bu sənədlə kupça veriləcək: Proses başladı

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün tələb olunan sənədlərin əhatə dairəsi genişləndirilir. 

Bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb. 

Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan bir sıra sənədlərin tərkibi də dəyişir. 

Onlardan biri 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlardır. 

Qeyd edək ki, bu gün yalnız Abşeron və ətraf qəsəbələr deyil, xüsusilə də bölgələrdə, kəndlərdə inşa edilən evlərin əksəriyyətinin “kupça”sı yoxdur. Ölkə başçısının 2024-cü il 28 sentyabr tarixdə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərmanı var.

Ötən dövrdə bu istiqamətdə müvafiq qurumlar hansı işləri görüb? Yeni qayda “kupça”sız evlərin və torpaq sahələrinin sənədləşməsinə imkan verəcəkmi? 

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən “Cebheinfo.az”-a bildirilib ki, 2024-cü il 28 sentyabr tarixli fərmanda əsasən prosedurların necə aparılması qeyd edilib və onlara uyğun işlər aparılır:

“Həmçinin yanvar ayından elektronlaşma nəzərdə tutulmuşdu ki, ƏMDX  yanvar ayından yeni elktron xidmət istifadəyə verib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” fərmanda olan dəyişikliyə gəldikdə isə əvvəllər vətəndaşların müxtəlif dövlət qurumlarından həm Sovet dövrü, həm də müstəqillik dövründə verilmiş sənədlər var ki, onun əsasında onlar mülkiyyət hüquqlarını sənədləşdirə, yəni çıxarış ala bilmirdilər. 

Bu fərmanda onların siyahısı var. Burada Bakı və ətrafı, və yaxud digər rayonlardan asılı olmayaraq, fərmanda göstərilən sənəd siyahısına uyğun olaraq müraciət etdikdə, əlində mövcud sənədlər olarsa, onun əsasında çıxarış ala biləcək. 

Ancaq ümumilikdə heç bir sənədi olmayan evlərə şamil olunmayacaq. Ümumilikdə sənədsiz evlər problemi bu fərmanla tam həll olunmasa da, çox böyük sayda, onminlərlə daşınmaz əmlak öz mülkiyyət hüququnu əldə edə biləcək. Onminlərlə vətəndaş var ki, əlində sənədi olsa da, daşınmaz əmlakına mülkiyyət hüququ ala bilmirdilər".

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: sənəd kupça əmlak

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 İyul 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri