Icma.az
close
up
RU
“Onu burada görmürəm, ümid edirəm həbs edilməyib” Prezident kimi nəzərdə tuturdu?

“Onu burada görmürəm, ümid edirəm həbs edilməyib” Prezident kimi nəzərdə tuturdu?

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Keçən il məhz bu forumda mənə verdiyi bir suala görə, bildiyim qədəri ilə elə həmin yerdə, otururdu, onu onilliklər ərzində xidmət etdiyi, inkişafı üçün böyük əmək sərf etdiyi təşkilatda tutduğu vəzifədən uzaqlaşdırdılar. Ötən il Rusiyada başqa zərər çəkənlər də oldu. Bu gün onlardan birini burada görmürəm. Ümid edirəm ki, həbs edilməyib. Allah ona can sağlığı versin. Bir nəfəri Azərbaycan Prezidenti ilə bağlı müsbət sual verdiyinə görə işdən çıxardılar. Digərini isə Azərbaycan haqqında müsbət fikirlər səsləndirdiyi üçün “xarici agent” elan etdilər”.

“Bakupost” xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

O, əvvəlcə Mixail Qusmandan söz açıb və onu “Azərbaycan xalqının layiqli oğlu” adlandırıb: pizza hut

“Özünün də dediyi kimi, təxminən 40 il Rusiyada “ezamiyyətdə” olub, amma bu illər ərzində Azərbaycanla əlaqəsini heç vaxt kəsməyib. O, həmişə bizimlə olub, uğurlarımıza sevinib, çətin günlərimizdə bizimlə birlikdə narahatlıq keçirib.

İkinci Qarabağ müharibəsi zamanı faktiki olaraq cəbhə bölgəsində yaşayır, oradan reportajlar hazırlayırdı. Bu, onun xarakterini, xalqına və Vətəninə bağlılığını nümayiş etdirirdi. O, eyni zamanda informasiya blokadasının yarılmasına da ciddi töhfə verdi”.

Bəs, Prezident İlham Əliyevin adını çəkmədiyi ikinci şəxs kimdir?

Şuşa Forumunda verdiyi suala görə işdən çıxarılan TASS-ın baş direktorunun keçmiş birinci müavini Mixail Qusmandır. Lakin o, Rusiya Ədliyyə Nazirliyinin xarici agentlər reyestrinə daxil edilməyib.

M.Qusman 2025-ci ilin iyul ayında Rusiya Baş naziri Mixail Mişustinin əmri ilə TASS-dakı vəzifəsindən azad edilib. Bu qərar Qusmanın Şuşada keçirilən media forumundan sonra qəbul edilib.

Forumda Qusmanın Prezident İlham Əliyev haqqında xoş sözlər deməsi bəzi rusiyalı müharibə tərəfdarı bloqçuların kəskin tənqidinə səbəb olub. Bundan sonra qocaan jurnalistə qarşı qaralama kampaniyası başlayıb.

Azərbaycan əsilli şəxslər və təşkilatlar, eləcə də Azərbaycanla əlaqəli strukturlar arasında Rusiyada “xarici agent” kimi təyin olunmuş şəxslər mövcuddur. Rusiya Ədliyyə Nazirliyinin reyestrində adı olan azərbaycanlılardan biri jurnalist, şərqşünas və İnkişaf və Diplomatiya İnstitutunun (Azərbaycan) tədqiqatçısı Ruslan Süleymanovdur. O, Ukraynada hərbi əməliyyatların başlanmasına etiraz olaraq Rusiyanın TASS Xəbər Agentliyindəki işidən ayrılıb.

MISRA TV (Rusiya Azərbaycanlılarının Beynəlxalq İnformasiya Xidməti) təsisçi, jurnalist Fuad Abbasov da Rusiyadan deportasiya olunmuş şəxsdir.

“Azərbaycan” Samara Regional İctimai Təşkilatı da 2015-ci ildə xarici agentlər reyestrinə daxil edilib.

Lakin söhbət onların heç birindən getmir. Şuşa Forumunda M.Qusmanla yanaşı iştirak etmiş şəxs politoloq Sergey Markovdur. O, 2025-ci ilin avqust ayında reyestrə əlavə edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 İyul 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri