Icma.az
close
up
RU
“Onu efirə çağıran adamın başı düzgün işləsəydi...” Video

“Onu efirə çağıran adamın başı düzgün işləsəydi...” Video

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gün öncə ATV-də yayımlanan “Rəngarəng” verilişinin qonağı olan gənc ifaçı Zəhra Muradovanın efirdə canlı ifası ciddi müzakirələrə səbəb olub. Belə ki, çıxışı gözlənilən səviyyədə olmadığından aparıcı onun ifasını yarımçıq dayandırıb.

“Qafqazinfo” Bakupost.az-a istinadən xəbər verir ki, hadisədən sonra müğənni Sevinc Sarıyeva tələbəsi Zəhra Muradova haqqında sərt açıqlama verib.

“Mənim yanıma gəlirdi. Hələ ona “tələbəm” demirəm, çünki yanımda bir ayı belə tamam olmayıb. Yaxşı, çalışqan qızdır, dedim ki, maşallah, oxuyacaq. Amma baxıram, çıxıb Zaurun efirinə. O dəqiqə efirə zəng vurdum. Mən ona irad tutdum. Gözəl qızdır, efirə yaraşır. Ancaq gözəllik o demək deyil ki, çıxıb oxumalısan. Əvvəl bir müddət hazırlıq keçməli, sonra efirə çıxmalı idi. Belə olmaz”, - deyə müğənni bildirib.

Məsələ ilə bağlı verilişin digər qonağı Xalq artisti Zabit Nəbizadə açıqlamasında bildirib ki, ifaçıda günah görmür: “Mən o uşağı qınamıram. Ağır, çətin sənətdir. Həyəcandan da ola bilər. Onun hərəkətləri sənətindən super idi, 20 ilin oxuyanı oxuyanda o hərəkətləri, o ritmi tuta bilmir. Daxili ritmi var bu adamın, amma tonallığı bilmir, oxuyan deyil. Əslində səsi var, amma oxumaq asan bir şey deyil. Mən Zaura elə orada dedim ki, sən niyə bu uşağı belə sındırırsan? Canlı oxumaq lazımdırsa, çağır, tələbələrim gəlib oxusun. Onlar hər gün dərsdədir. Məktəb almaq başqa şeydir.

Mən vallah onda günah görmürəm. Sevinc Sarıyeva zəng vurub efirə dedi ki, məndən icazə almayıb gedib. İndi dedi də, o da özünü sığortalayırdı... Səndən niyə icazə almalıdır, valideyni deyilsən... Pulu var, verib çıxıb da yəqin. Fikrimcə, onu efirə çağıran adamın başı düzgün işləsəydi, mənim yanıma çağırmazdı. Özü də mənə demişdilər ki, sənə layiq sənətçilər çağırılacaq. Mən özüm orada dillənmədim. Mənim yerimə kim olsaydı, bəlkə də çıxıb gedərdi ki, bunlar kimdir ki, mənimlə efirə çağırmısan? Zauru çəkib qırağa dedim ki, sənə lazım idi bu? Öz efirini də gözdən salırsan”.

Qeyd edək ki, proqramda qonaq olan gənc müğənni Zəhra Muradovadan canlı oxuması istənilib. Bu zaman o, musiqiçilərin müşayiəti ilə oxumağa cəhd edib. Lakin onun səsi olmadığından ifası aparıcı Zaur Nəbioğlu tərəfindən yarımçıq kəsilib. Bu zaman Zəhra ilk dəfə efirə çıxdığı üçün həyəcanlı olduğunu və bu səbəbdən yaxşı oxuya bilmədiyini bildirib. Həmçinin bu sənətə yeni başladığını, 3 ay əvvəl isə paytaxtdakı salonların birində dırnaq ustası kimi fəaliyyət göstərdiyini söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri