Icma.az
close
up
RU
“Onu efirə çağıranın başı işləsəydi…” Xalq artisti aparıcını aşağıladı VİDEO

“Onu efirə çağıranın başı işləsəydi…” Xalq artisti aparıcını aşağıladı VİDEO

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir neçə gün öncə “Rəngarəng” verilişinin qonağı olan gənc ifaçı Zəhra Muradovanın efirdə canlı ifası ciddi müzakirələrə səbəb olub. Belə ki, çıxışı gözlənilən səviyyədə olmadığından, aparıcı onun ifasını yarımçıq dayandırıb.

Hadisədən sonra müğənni Sevinc Sarıyeva tələbəsi Zəhra Muradova haqqında sərt açıqlamalar verib.

“Mənim yanıma gəlirdi. Hələ tələbəm demirəm, çünki yanımda bir ayı belə tamam olmayıb. Yaxşı, çalışqan qızdır, dedim ki, maşallah, oxuyacaq. Amma baxıram, çıxıb Zaurun efirinə. O dəqiqə efirə zəng vurdum. Mən ona irad tutdum. Gözəl qızdır, efirə yaraşır. Ancaq gözəllik o demək deyil ki, çıxıb oxumalısan. Əvvəl bir müddət hazırlıq keçməli, sonra efirə çıxmalı idi. Belə olmaz”, – deyə müğənni bildirib.

Məsələ ilə bağlı “Rəngarəng” verilişinin digər qonağı, xalq artisti Zabit Nəbizadə Bakupost.az -a açıqlamasında bildirib ki, ifaçıda günah görmür:

“Mən o uşağı qınamıram. Ağır, çətin sənətdir. Həyəcandan da ola bilər. Onun hərəkətləri sənətindən super idi, 20 ilin oxuyanı oxuyanda o hərəkətləri, o ritmi tuta bilmir. Daxili ritmi var bu adamın, amma tonallığı bilmir, oxuyan deyil. Əslində səsi var, amma oxumaq asan bir şey deyil. Mən Zaura elə orada dedim ki, sən niyə bu uşağı belə sındırırsan? Canlı oxumaq lazımdırsa, çağır, tələbələrim gəlib oxusun. Onlar hər gün dərsdədir. Məktəb almaq başqa şeydir. Mən vallah onda günah görmürəm. Onu o səpgiyə yönəldəni qınayıram ki, hazırlaşdır, sonra burax efirə. Sevinc Sarıyeva zəng vurub efirə dedi ki, məndən icazə almayıb gedib. İndi dedi də, o da sığortalayırdı. Səndən niyə icazə almalıdır, valideyni deyilsən. Pulu var, verib çıxıb da, yəqin. Fikrimcə, onu efirə çağıran adamın başı düzgün işləsəydi, mənim yanıma çağırmazdı. Özü də mənə demişdilər ki, sənə layiq sənətçilər çağırılacaq. Mən özüm orada dillənmədim. Mənim yerimə kim olsaydı, bəlkə də çıxıb gedərdi ki, bunlar kimdir ki, mənimlə efirə çağırmısan? Zauru çəkib qırağa dedim ki, sənə lazım idi bu? Öz efirini gözdən salırsan”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Aprel 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see167

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see163

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see119

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri