“ONU MƏN HƏBS ETDİRMİŞƏM” Qod Nissanovun bazarlarını da yoxlayırlar
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Rusiya Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov sosial şəbəkələrdə bildirib ki, onun müraciəti əsasında Uralda yaşayan azərbaycanlı diasporunun rəhbərinin oğlu Mutvalı Şixlinskinin həbs olunması həyata keçirilib.
Mironov həmçinin Azərbaycan diasporunun, o cümlədən Moskvanın ən böyük bazarları olan “Sadovod” və “Food City”nin fəaliyyətinə dair yoxlamaların nəticələrini gözlədiyini vurğulayıb. Bu bazarla azərbaycanlı milyarder Qod Nisanova məxsusdur.
Qeyd edilib ki, Yekaterinburq məhkəməsi Mutvalı Şixlinskinin həbsini 14 sentyabra qədər uzadıb. O, “Mercedes-Benz G-Class” markalı avtomobillə xüsusi təyinatlı polis əməkdaşına qarşı zorakılıq tətbiq etməkdə (Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi) ittiham olunur. Eyni zamanda, Moskva şəhərində Ural azərbaycanlı diasporunun rəhbəri Şahin Şixlinskiyə də bu maddə ilə bağlı cinayət işi açıldığı bildirilib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















