Tramp: Rusiyaya qarşı ən sərt mövqeyi mən nümayiş etdirmişəm
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
“O vaxt Rusiyanın Ukraynaya hərbi müdaxiləsində Hillari Klintonu günahlandırırdılar. O hətta bizim hədəfimizə də düşmüşdü. Sonra mən dedim ki, keçmiş dövlət katibi və eks-prezidentin həyat yoldaşına qarşı bunu etmək olmaz”.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya hərbi müdaxiləsində bilavasitə keçmiş dövlət katibi Hillari Klintonun rolu ilə bağlı sualı cavablandırarkən belə deyib.
O söyləyib ki, həmin ittihamlara cavab olaraq şəxsən özü H. Klintonu bu məsələdə məsuliyyətdən azad edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, bundan sonra həmin ittihamlar onun özünə qarşı istiqamətlənib: “Bu, ölkəmizin tarixində ən böyük qalmaqal ola bilər. Rusiyaya qarşı ən sərt mövqeyi mən nümayiş etdirmişəm. Onların qaz kəmərinin qarşısını kəsmişəm. Heç kimin bundan xəbəri yox idi. Bayden gələn kimi bu qərarı dəyişdi”.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 02 Avqust 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















