Icma.az
close
up
RU
Onun həcmi çox azdır, özəlləşdirməyə getməliyik Deputat

Onun həcmi çox azdır, özəlləşdirməyə getməliyik Deputat

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Müdafiə və milli təhlükəsizliyimizi təmin edən şəxslərin əməkhaqqılarının artımına diqqət yetirilməlidir ki, onlar digər yollarla əlavə qazanclar barədə düşünməsin.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Qüdrət Həsənquliyev bildirib ki, əhalinin layiqli həyat səviyyəsinin təmin olunması dövlətin əsas milli marağı olmalıdır: “İnvestisiya qoyuluşunun azalması birbaşa milli təhlükəsizliyimizə təhdid kimi qiymətləndirilməlidir. Bizim 2014-cü ildə neftin qiymətinin düşməsindən sonra 2015-ci ildə 2 dəfə devalvasiya oldu. Sonra strateji yol xəritəsi hazırlandı. Dövlət müəssisələrinin daha rentabelli fəaliyyətinin təmini, kadr potensialı, investisiya qoyuluşu həmin strategiyada əksini tapıb. Digər məsələ odur ki, yağış yağdı və gördük ki, kanalizasiya sisteminin qurulmasına milyardlarla manat vəsait tələb olunur. Büdcədə ayrılmış xərclərin hər birini artırmaq lazımdır. Bu baxımdan biz büdcənin gəlirlərini artırmaq haqda düşünməliyik. Neftin qiyməti büdcədə 70 dollar nəzərdə tutulub. Rusiya-Ukrayna arasında müharibə gedir və Qərb ölkələri neftin qiymətinin aşağı düşməsi üçün addımlar atır. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınması proqnozlaşdırılan dividendin həcmi çox azdır. Onun da 450 milyon manatını Dövlət Neft Şirkəti, yerdə qalanlar isə 150 milyon manatını ödəyəcək. Bu, çox azdır. Biz özəlləşdirməyə getməliyik, bunsuz köklü dəyişiklik olmayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri