Icma.az
close
up
RU
Qüdrət Həsənquliyev: Dövlət müəssisələrindən proqnozlaşdırılan dividendin həcmi çox azdır, özəlləşdirməyə getməliyik

Qüdrət Həsənquliyev: Dövlət müəssisələrindən proqnozlaşdırılan dividendin həcmi çox azdır, özəlləşdirməyə getməliyik

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müdafiə və milli təhlükəsizliyimizi təmin edən şəxslərin əməkhaqqılarının artımına diqqət yetirilməlidir ki, onlar digər yollarla əlavə qazanclar barədə düşünməsin.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Qüdrət Həsənquliyev bildirib ki, əhalinin layiqli həyat səviyyəsinin təmin olunması dövlətin əsas milli marağı olmalıdır: "İnvestisiya qoyuluşunun azalması birbaşa milli təhlükəsizliyimizə təhdid kimi qiymətləndirilməlidir. Bizim 2014-cü ildə neftin qiymətinin düşməsindən sonra 2015-ci ildə 2 dəfə devalvasiya oldu. sonra strateji yol xəritəsi hazırlandı. Dövlət müəssisələrinin daha rentabelli fəaliyyətinin təmini, kadr potensialı, invesitisya qoyuluşu həmin strategiyada əksini tapıb. Digər məsələ odur ki, yağış yağdı və gördük ki, kanalizasiya sisteminin qurulmasına milyardlarla manat vəsait tələb olunur. Büdcədə ayrılmış xərclərin hər birini artırmaq lazımdır. Bu baxımdan biz büdcənin gəlirlərini artırmaq haqda düşünməliyik. Neftin qiyməti büdcədə 70 dollar nəzərdə tutulub. Rusiya-Ukrayna arasında müharibə gedir və Qərb ölkələri neftin qiymətinin aşağı düşməsi üçün addımlar atır. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınması proqnozlaşdırılan dividendin həcmi çox azdır. Onun da 450 milyon manatını Dövlət Neft Şirkəti, yerdə qalanlar isə 150 milyon manatını ödəyəcək. Bu, çox azdır. Biz özəlləşdirməyə getməliyik, bunsuz köklü dəyişiklik olmayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Noyabr 2024 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri