Icma.az
close
up
RU
Onun missiyası həm də ədəbiyyata xidmətdir

Onun missiyası həm də ədəbiyyata xidmətdir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

O gün söz adamları, şeir sevənlər, şeirə, şairə dəyər verənlər ədəbiyyat ocağına söz işığına toplanmışdılar. Müxtəlif şairlərin könül çırpıntılarının, şeir yaradıcılığının hopduğu antologiyanın təqdimatı idi. Hər bir kitabın insan həyatındakı rolu əvəzsizdir. İllah da ki, bu kitabda toplanan poeziya nümunələri insan ruhuna dərin təsir göstərsin, onun duyğularını zənginləşdirsin, düşüncələrini saflaşdırsın.

Həmin gün geniş oxucu auditoriyasına təqdim edilən Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə işıq üzü görən “Yaşılım yaşılım, hara gedirsən?” adlı şeir antologiyası məhz bu missiyaya hakim idi. Bu yerdə xüsusilə qeyd etmək lazımdır ki, yaradıcılıq nümunələri toplanan şairlər qədər də kitabın işıq üzü görməsinə dəstək olanların ədəbiyyata xidməti xüsusi dəyərləndirilməlidir. 

Antologiya haqqında onu demək olar ki, kitab müxtəlif şairlərin yaradıcılıq sərvətini bir araya gətirərək, oxucuları milli poeziyanın zənginliyi ilə tanış edir. Hər bir şeir təbiətə, insana və həyata dərin sevginin təcəssümü kimi könüllərə yol tapır. Antologiya, yalnız poeziyanı sevənlər üçün deyil, həm də yeni nəsli Мətənə, təbiətə və insani dəyərlərə daha da yaxınlaşdırmaq baxımından əhəmiyyətli bir töhfədir.

 “Yaşılım yaşılım, hara gedirsən?” şeir antologiyasının ərsəyə gəlməsi Azərbaycan ədəbiyyatı və poeziya həvəskarları üçün əlamətdar bir hadisədir. Bu dəyərli kitabın hazırlanmasında bir çox insanın əvəzsiz xidmətləri olub. Xüsusilə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin, Yazıçılar Birliyinin katibi Rəşad Məcidin, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanın, görkəmli şairlərimizdən Vaqif Bəhmənlinin və şairə Xatirə Fərəclinin dəyərli əməkləri xüsusi qeyd olunmalıdır.

Təqdimat mərasimində poeziya vurğunları Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimin ədəbiyyata, mədəniyyətə və maarifləndirmə işlərinə verdiyi yüksək dəyər və diqqətə bir daha şahid oldular. Belə ki, AYB sədri  “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Arzu Bağırovanı “Yaşılım yaşılım, hara gedirsən?” şeir antologiyasına göstərdiyi dəstəyə görə,  təşəkkürnamə ilə təltif etdi. 

İctimai birliyin koordinatoru Nilufər Lətif dedi: “Bu təltif bizim üçün böyük qürur və sevinc mənbəyidir. Arzu xanım mədəniyyətimizin, ədəbiyyatımızın təbliğinə xidmətdən yorulmur, gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün belə nəşrlərin işıq üzü görməsinə dəstək olmağı çox sevir. Bu, onun missiyasıdır.” 

Zərifə BƏŞİRQIZI

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri