Icma.az
close
up
RU
Görünməyən qəhrəmanlar: tərcüməçilərin ədəbiyyata təsiri

Görünməyən qəhrəmanlar: tərcüməçilərin ədəbiyyata təsiri

Icma.az, 525.az saytına istinadən bildirir.

Şahanə MÜŞFİQ

Hər dəfə dünya ədəbiyyatından bir əsəri Azərbaycan dilində oxuyanda hər şeydən öncə gözümüz müəllifin adını axtarır. Amma həmin əsərin dilimizdə mövcud olmasının, bizim onu belə rahatlıqla oxuya bilməyimizin arxasında başqa bir qəhrəman dayanır - tərcüməçi. Onun adı çox vaxt kiçik hərflərlə yazılır, hətta bəzən heç qeyd olunmur. Halbuki tərcüməçi əsərin ikinci müəllifidir və müəyyən hallarda müəllif qədər məsuliyyət daşıyır.

Bir əsərin dünya səhnəsinə çıxması çox vaxt müəllifin yaradıcılığından daha geniş bir komandanın - tərcüməçinin, redaktorun, nəşriyyatın və bəzən hətta siyasi kontekstin - zəhməti ilə bağlıdır. Bu baxımdan tərcüməçilər ədəbiyyatın görünməz mühəndisləridir. Onlar fərqli dillərdən gələn mətnləri başqa bir mədəniyyətdə forma və məna qazandıraraq təqdim edirlər.

Bir çox müasir nəzəriyyə tərcüməçini "köməkçi müəllif" və ya "dil körpüsü" kimi yox, əsərin yeni dilində ikinci müəllif kimi görür.

Bu yanaşma tərcüməyə məsuliyyət və eyni zamanda yaradıcı azadlıq verir: hansı ifadə saxlanılmalıdır, hansına bənzər ekvivalent tapılmalıdır, nə zaman mətnin forması qurban verilməlidir ki, mənası qorunsun? Bu seçimlər əsərin hədəf oxucu üçün necə alınacağını müəyyən edir.

Tərcümə sadəcə sözlərin bir dildən digər dilə çevrilməsi deyil. Xüsusən, ədəbiyyat tərcüməsi, əslində, başqa bir mədəniyyətin qapısını açmaqdır. Burada tərcüməçi həm estetik seçim edir, həm də mənəvi məsuliyyət daşıyır. O, qərar verir: müəllifin orijinal üslubunu qoruyacaq, yoxsa oxucuya daha doğma gələn sözləri seçəcək? Hansı ifadəni saxlayacaq, hansı metaforanı uyğunlaşdıracaq? Hər qərarın arxasında görünməz bir mübarizə, günlərlə araşdırma və sonsuz zəhmət dayanır.

Bəzən tərcüməçinin seçimləri müəllifin taleyini belə dəyişə bilir. Məsələn, Eduard Fitzgeraldın fars şairi Ömər Xəyyamdan etdiyi məşhur tərcümələr bütün Avropaya başqa bir Xəyyam təqdim etdi, bu sayədə romantik, melankolik bir şair obrazı yarandı. Konstans Garnett isə Tolstoy və Dostoyevskini ingilisdilli oxucuya tanıtdı, amma onları bir qədər sadələşdirməklə. Qabriel Qarsia Markez isə deyirdi, onun "Yüz ilin tənhalığı" əsəri Qreqory Rabassa tərəfindən o qədər uğurlu tərcümə olunub ki, sanki ingiliscə yazılmışdı.

Ən maraqlısı budur ki, tərcüməçinin işi həm yaradıcı, həm də siyasi xarakter daşıyır. Hansı dillərdən, hansı ölkələrin əsərləri tərcümə olunur, hansıları isə kənarda qalır - bu, mədəniyyətlərin inteqrasiyasına təsir edir. Böyük dillərdə yazılan müəlliflər daha tez dünya ədəbiyyatına çıxış tapır, kiçik dillərdə yazanlar isə çox vaxt görünməz qalırlar. Bu mənada tərcüməçi yalnız sözləri deyil, həm də ədəbiyyatın gələcək taleyini daşıyır.

Etiraf edək ki, Azərbaycan ədəbiyyatı tərcümə və tərcüməçi sarıdan müəyyən qədər kasaddır. Əlimizdə olan-qalan tərcüməçilərin işlərini isə ya oxucu, ya da elə öz həmkarları çox zaman tənqid edir, ondan dəqiqlik və səlislik tələb edirlər. Doğrudur, tərcüməçi etdiyi çevirmələrin, işlədiyi dillərin məsuliyyətini daşımalı, bacardığının ən yaxşısını təqdim etməlidir həm özünə, həm müəllifə, həm də oxucuya. Amma irad tutanlar, tənqid edənlər bəzən də ifrata varır, dillərin fərqini, lüğətlərin zənginlik dərəcəsini nəzərə almırlar. Bütün hallarda tərcüməçilik sənəti ədəbiyyat üçün olduqca lazımlı və önəmli sahədir.

Bu mənada son illər həm dünyada, həm də ölkəmizdə xoşagələn bir hal müşahidə olunmaqdadır: tərcüməçilərin adı daha çox vurğulanır, festivallarda onların iştirakı xüsusi qeyd olunur. Çünki artıq hər kəs anlayır ki, müəllifin səsi başqa bir dildə yaşamaq üçün mütləq tərcüməçinin nəfəsindən keçməlidir.

Əgər bir gün sevimli kitabınızın tərcüməçisinin kim olduğunu xatırlamasanız, bir anlıq düşünün: o olmasaydı, bəlkə də həmin əsəri heç vaxt oxuya bilməzdiniz. Tərcüməçilər çox zaman görünməz qəhrəmanlardır. Məhz onların zəhməti sayəsində ədəbiyyat sərhəd tanımır.

Tərcüməçilərin əməyinə daha çox diqqət yetirmək, onların adını görünən etmək və tərcümə prosesini müzakirəyə açmaq ədəbiyyatın zənginliyini artıracaq. Əks halda, bir çox dünya səsləri görünməz qalacaq, halbuki hər bir səs yeni dünyalara açılan qapıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Sentyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri