Icma.az
close
up
RU
Onun necə ağladığını görürdüm

Onun necə ağladığını görürdüm

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Xalq yazıçısı Elçin Əfəndiyev ötən gün vəfat edib.

Axşam.az-ın məlumatına görə, incəsənət nümayəndələri onunla bağlı xatirələrini bölüşüb.

Xalq yazıçısı Çingiz Abdullayev E.Əfəndiyevlə dostluqlarından danışıb:

"Dünəndən fikirləşirəm ki, Elçinlə tanış olanda 43 yaşı var idi. Bu 40 ildə neçə ölkədə bir yerdə olmuşuq. Onun, mənim yubileylərimi keçirtmişik. 29 il əvvəl onun atası İlyas Əfəndiyev rəhmətə gedəndə mən, Anar və Elçin otaqda tək qaldıq. Onun necə ağladığını görürdüm. Onun atasına hörmət etməsi mənim üçün nümunə oldu. Taleyə bax, indi Elçin rəhmətə gedib və mən onun ailəsinə başsağlığı verirəm. Böyük yazıçı olub. Yazıçı orden, ad almaq üçün yox, susa bilmədiyi üçün yazır".

Xalq artisti Hacı İsmayılov isə E.Əfəndiyevin teatra tez-tez gəlməsindən, onun pyeslərindən söz açıb:

"Fəxr etməliyik ki, yaşadığımız dövrdə belə görkəmli yazıçı, Azərbaycan ədəbiyyatına, ictimaiyyətinə xeyirli işlər görmüş şəxsiyyət olan biri var idi. Onu hamı sevirdi, hörmət edirdi. Onu tək Azərbaycanda yox, xaricdə də çox istəyirdilər. Elçin Əfəndiyev şəxsiyyət idi. Bizim teatra nə zaman pyes gətirirdisə, ona şübhə olmurdu və tamaşaya qoyulurdu. Onun ssenarisi əsasında hazırlanan tamaşalar uzun illərdir teatrdadır. Mehriban Ələkbərzadə onun bir əsəsrini səhnələşdirdi. Hamı oturmuşduq, qəfildən qapı açıldı və Elçin daxil oldu. Səhhətində problem var idi, amma bunu hiss etdirmədi. Yeganə insan idi ki, "Azdrama"nın qapısını tez-tez açırdı, tamaşalara gəlirdi. Hər zaman İlyas Əfəndiyevin yerində otururdu. Teatr sənətini çox sevirdi".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://axsam.az
archiveBu xəbər 04 Avqust 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri