Icma.az
close
up
RU
Qəbiri qucaqladığını çəkdirmək, necə ağladığını göstərmək… Şouya çevrilən vərdiş

Qəbiri qucaqladığını çəkdirmək, necə ağladığını göstərmək… Şouya çevrilən vərdiş

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl müğənni Elnarə Xəlilova və tələbəsi Piri Əliyev mərhum müğənni Rəhim Rəhimlinin məzarı başında klip çəkdiriblər.

Ölkə.Az xəbər verir ki, onlar R.Rəhimlinin müəllifi olduğu məşhur "Gözümün içinə bax" mahnısını səsləndiriblər. 

Klip sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan psixoloq və ilahiyyatçı Fazil Əhməd bildirib ki, bununla bağlı dinimizdə hər hansı bir hökm yoxdur:

"Qəbir üstündə klip çəkdirmək Azərbaycan menatliteti ilə tənqid oluna bilər. Din onsuz da qəbir üstə mərhumu yalnız yada salmaq, keçmişi xatırlamaq, onları ziyarət edərkən müəyyən duaları oxumağı tövsiyə edir. Bundan başqa olunan hərəkətlər - məsələn, klip çəkdirmək milli mentlitetdən kənar bir hərəkət olduğu kimi din də bunu tənqid edir. 

Ola bilər ki, şəhidin barəsində film çəkirlər və onun qəbrindən də bir fraqment götürürlər. Bunu hər bir şəxs normal qarşılayar. Amma sırf klip çəkdirmək haradasa tənqidə layiq olsa da, dinimizin bu barədə xüsusi bir hökmü yoxdur. 

Bunu milli mentalitetimiz necə tənqid edirsə, islam dini də bu cür tənqid edir. Cəmiyyətdə çox yayğın olmayan, insanların təəccüblə qarşılayacağı belə hərəkətləri olmasa daha yaxşıdır. Yenə də dediyim kimi, xüsusi bir hökm yoxdur. Hər hansı bir alim və ya fəqih bunu qadağan etməyib".

F.Əhməd son dövrlər bəzi şəxslərin dəfn mərasiminin canlı yayımlanmasına da münasibət bildirib: 
"Hazırda texnologiya inkişaf etdiyi üçün bizim üçün ənənəvi olmayan bəzi hərəkətlər istər-istəməz təəccüblə, qınaqla qarşılanır. Məsələn, kimlərinsə dəfn prosesi - onun evdən götürülməsindən gətirilib qəbirə qoyulmasına kimi son zamanlar çəkilişlə müşayiət olunmasına şahid oluruq. Bununla bağlı da xüsusi bir dini hökm olmasına baxmayaraq bəzən cəmiyyətin qınağı ilə qarşılanır. Çünki insanlar öz ölüsü ilə məşğuldur, onun kədərini yaşamaqla məşğuldur. Kimsə də bunu çəkir. Bu da ölən adamın ev əhlinə, yaxınlarına xoş deyil. 

Bəzən isə bu cür videolar ölən adamın yaxınları tərəfindən çəkilir. Məsələn, rəhmətə gedənin yaxını başqa bir adama deyir ki, xahiş edirəm, dəfn mərasimini axıra qədər çək. Bunu xatirə kimi saxlamaq istəyir. Hər dəfə baxanda onun necə basdırıldığını xatırlasın. Bu niyyətlə olur. Elə adam var ki, bunu normal qaşılayır, amma çoxluq pis baxır. Çünki düşünürlər ki, bir dəfnin çəkilməsindən insan nə həzz ala bilər ki?! Gələcəkdə o videoya baxıb əylənəsi deyil. Belə davranışlara yol verənlər, adətən, həyatlarının bütün anlarını sosial şəbəkələrin "hekayə" bölməsinə həsr edir, hara getdi bir video çəkir paylaşır. Belə davranışlar gəlir ölümdə də özünü göstərir. Ölüm anında dəfn mərasimini videolaşdırır, sanki nümayiş etdirir. Onlar bunu gəzməyə gedəndə də edir".

İlahiyyatçı, psixoloq insanların ölən yaxınlarının qəbri üstünə gedərkən bəzi hallarda ağlayaraq video çəkmələrini isə kəskin tənqid edib:

"Aydın məsələdir ki, bir adam öz əzizinin qəbrinin üstündə ağlayırsa, bunu kiməsə göstərməyin heç bir adı yoxdur. belə hərəkətin nə dini, nə də təsəlli tərəfi var. Bu məsələyə hansı bucaqdan baxsanız qınanılmalıdır.

Bir adamın basdırılma mərasiminin çəkilmisini haradasa müəyyən qədər başa düşmək olar. Amma sırf qəbiri necə qucaqladığını telefon verib kiməsə çəkdirmək, necə ağladığını, orada nə danışdığını göstərmək riyakarlıqdan başqa bir şey deyil".

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 May 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see151

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri