Onun sözlərinə qulaq assaydım, 200 minlik maşın SÜRƏ BİLMƏZDİM
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Müğənni Şöhrət Məmmədov opera ifaçısı Taleh Yahyayevin ona ünvanladığı iradlara münasibət bildirib.
Milli.Az xəbər verir ki, "Öz aramızda" verilişində qonaq olan sənətçi açıqlamasında həmin tənqidlərlə razılaşmadığını vurğulayıb:
"Bizim klassik, peşəkar milli musiqini heç orta səviyyədə bilmədiyim üçün guya 'muğam oxusaydım, pulsuz qalardım' demək düzgün deyil. Axı, mən muğam oxuya bilərdimmi? Mənim öz yolum var, bunu qoyub niyə başqa yola keçim? Mugam oxuyanlar var, mən nəyi sübut edim? Özümü o yerdə görmürəm. Beş il akademik təhsil almışam, yeddi il xidmət etmişəm. Keçmiş komandirəm, məni aldana bilmərəm. Min nəfər kişi ilə çalışmışam, hamısının psixologiyasını yaxşı bilirəm. İnsan musiqiyə sədaqətdən əvvəl yaşayışına, ailəsinə, özünə sadiq olmalıdır".
Müğənni qeyd edib ki, Taleh Yahyayevlə telefonla danışıb və dediklərinin birbaşa ona yönəlmədiyini bildirib:
"Talehlə 15 dəqiqə danışdıq. Dediklərim sırf ona aid deyildi. Sadəcə ümumi fikirimi bildirdim".
Sənətçinin bu cavabı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 28 Noyabr 2025 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















