Icma.az
close
up
RU
Qadınlar maşın sürə bilmir?

Qadınlar maşın sürə bilmir?

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Albert Kamyu insanın dünya ilə münasibətində qəribə bir ziddiyyəti təsvir edirdi: insan öz hərəkətlərinə məna verir, amma dünya onun niyyətlərini nəzərə almır. Yaxşı niyyət yaxşı nəticəyə zəmanət vermir. Bəzən insan kiməsə kömək etmək üçün əlini uzadır və həmin əl heç kimin istəmədiyi bir faciənin başlanğıcına çevrilir.

Balakəndəki hadisəyə bu tərəfdən baxanda insanın ağlına ilk olaraq məhz bu gəlir.

Məryəm yol kənarında dayanan fiziki məhdudiyyətli bir həmkəndlisinə kömək edib. Sonra bir qərar verilib. Bir manevr edilib. Bir neçə saniyə içində həmin qərarın nəticəsi dəhşətli bir faciəyə çevrilib.

İndi hadisənin hüquqi məsuliyyəti barədə hökm vermək nə doğru, nə də mümkündür. Amma cəmiyyətin reaksiyası barədə danışmaq lazımdır. Çünki qəza baş verən kimi sosial şəbəkələrdə instant bir “məhkəmə” quruldu: “Qadın sürücüdür...”

Bu cümlə o qədər çox təkrarlanıb ki, bir müddət sonra onu fikir yox, fakt kimi qəbul etməyə başlamışıq.

Qadınlar avtomobil sürməyə başlamamışdan əvvəl yollar təhlükəsiz idimi? Ötmə əməliyyatları, sürət həvəsi, qarşı zolağa çıxma faktları olmurdumu?

Əlbəttə, bütün bunlar var idi.

Deməli, konkret qəzanın səbəbini yalnız sürücünün cinsinə bağlamaq hadisəni izah etmir. Sadəcə, mürəkkəb bir hadisəyə hazır bir etiket yapışdırır.

Tarixə baxanda görünür ki, qadınların avtomobil idarə etməsi avtomobilin kütləvi yayılmağa başladığı dövrlə, demək olar ki, paralel gedib. XX əsrin əvvəllərində, avtomobil hələ yeni sosial hadisəyə çevrilərkən belə qadınlar sükan arxasında idilər. Və həmin dövrdə də “qadın sürücü” haqqında zarafatlar və stereotiplər yaranmışdı. Çünki məsələ yalnız yol davranışında deyildi; qadının avtomobillə qazandığı hərəkət azadlığı cəmiyyətin qadın haqqında formalaşdırdığı təsəvvürlərlə də toqquşurdu.

Amma bu faktın özü başqa bir mif yaratmamalıdır: Yəni qadınlar təhlükəsiz sürücülərdir!  - bu da mifdir.

Statistika daha soyuq və mürəkkəb mənzərə göstərir. ABŞ-da IIHS-in məlumatlarına görə, hər 100 milyon mil məsafəyə düşən ölümcül qəza iştirak göstəricisi kişilər üçün 2,8, qadınlar üçün 1,9-dur.

Azərbaycanda isə yol qəzalarında ölənlərin 73,3 faizi, yaralananların 69,4 faizi kişilərdir. Bu rəqəmlər birbaşa olaraq konkret insanın qəza törətmə ehtimalını ölçmür. Onlar göstərir ki, yol təhlükəsizliyini yalnız “qadın sürücü” və ya “kişi sürücü” etiketi ilə izah etmək mümkün deyil.

Çünki avtomobil insanın özünü hiss etmə formasını da dəyişir.

Piyada olanda insanın fiziki imkanları onun sərhədidir. Qaça biləcəyi məsafə, çata biləcəyi sürət bəllidir. Avtomobilə minəndə isə insan birdən-birə öz bədənindən dəfələrlə böyük, sürətli və tonlarla ağırlığı olan bir obyektin idarəçisinə çevrilir. Sürət artıq ayağın gücü ilə yox, pedala basılan təzyiqlə ölçülür.

Burada psixoloji bir dəyişiklik baş verə bilər: avtomobil nəqliyyat vasitəsi olmaqdan çıxıb insanın iradəsinin uzantısına çevrilir. Qarşıdakı avtomobil yavaş gedəndə bunu adi yol vəziyyəti kimi yox, öz hərəkət azadlığımıza qoyulmuş məhdudiyyət kimi qəbul edirik.

Fəlakətin qarşısında həmişə böyük bir pis niyyət dayanmır. Bəzən bir az təcrübəsizlik, bir az yanlış hesab, bir anlıq tələskənlik və insanın öz imkanlarını olduğundan artıq qiymətləndirməsi kifayət edir.

Balakəndəki hadisənin ən dəhşətli tərəfi də budur. Orada bizi rahatladacaq bir “canavar” yoxdur. İnsanların həyatını alt-üst edən fəlakət, görünür, adi bir insan qərarının nəticəsindən doğub. Və bu, hər birimizi həmin hekayənin potensial iştirakçısına çevirir.

Kütlənin “qadın sürücüdür” deyib məsələni bağlamaq istəyi də müəyyən mənada buradan doğur: təhlükəni özümüzdən uzaqlaşdırmaq, onu bir başqasının xüsusiyyəti ilə izah etmək və “bu mənim başıma gəlməz” illüziyasına sığınmaq daha asandır.

Amma yolun yaddaşı yoxdur. O, sükan arxasındakının cinsini də bilmir.

Yol sürəti, məsafəni, zərbəni və nəticəni bilir.

Biz hər gün yola öz kiçik planlarımızı, tələskənliyimizi, “bir azdan oradayam” arxayınlığımızı yükləyirik. Qarşı zolağa çıxanda isə bəzən unuduruq ki, həmin bir neçə saniyədə qarşımızdan gələn avtomobilin içində kiminsə paylanmamış toy dəvətnamələri, qurulmamış yuvası, övladlarına danışacağı sabahları, bir sözlə, hələ yaşanmamış bütöv bir həyat ola bilər.

İnsanın həyatını dəyişdirmək üçün böyük, mürəkkəb bir qəza ssenarisi lazım deyil. Bəzən təhlükəni olduğundan kiçik görmək kifayət edir. Faciə də çox vaxt məhz belə başlayır: insan öz yolunu hesablayır, amma qarşısındakının həyatını həmin hesabın içinə qatmır.

Yol niyyəti bilmir.

Şair necə deyirdi, “Yollar ölümə aparır... Yolum, yeri”

Nərmin Dadaşova

Xüsusi olaraq “Qafqazinfo” üçün

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Avqust 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri