Icma.az
close
up
RU
“Onun tək bir Dövlət Kitabı olub: Heydər Əliyev Konstitusiyası!...” ZAHİD ORUC

“Onun tək bir Dövlət Kitabı olub: Heydər Əliyev Konstitusiyası!...” ZAHİD ORUC

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

“Son 30 ildə 8-10 may tarixi günlərindən keçən xalqımız faciə, qəhrəmanlıq və qürur hissini bir arada yaşayıb. Şuşanın işğalı İkinci Dünya müharibəsində qalibiyyətimizə və Ulu öndərin əzəmətinə təsir edirdi. Vətən müharibəsi siyasi təqvimimizi də qara haşiyədən xilas etdi. İndi 8 may günündə ümumxalq tədbirləri 8 noyabr ruhu, şərəfi və qüruru ilə qeyd olunur”.

“AzPolitika” xəbər verir ki, Bunları STM sədri, millət vəkili Zahid Oruc Milli Məclisin bugünkü iclasında çıxışı zamanı dilə gətirib.

Z.Oruc çıxışının davamında deyib:

“90-cı illərdə SSRİ-nin süqutu ilə azadlığına qovuşan xalqların qarşısında fərqli idarəçilik formaları və quruluşları vardı. Lakin 70-ci illər Azərbaycanı faktiki müstəqil olduğu üçün onu “sovet mirası” sayıb dağıtdılar və millətimiz layiq olduğu haqqı çox gec qazandı.

Çarizmin, kommunistlərin dövründə qurulanları yalnız ideoloji rənginə görə məhv etmək olmazdı. 1921, 1925, 1937 və 1978-ci illərin sovet konstitusiyalarının da mütərəqqi ideyaları, güclü hüquqi sistemi və milli dövlətçilik irsi vardı. Konstitusiya və qanunlar da varisliyi sevir. 15 dəfə konstitusiyanı dəyişən fransızlardan konstitusiyasız monarxiya quran ingilislərədək hər biri hələ də xalqın iradəsinə söykənən dövlət qurmağa çalışırlar.

Lakin meydandan birbaşa hakimiyyətə gələn milli demokratların yeni konstitusiya qəbuluna siyasi və hüquqi iradələri çatmadı. Silahlı döyüşdə məğlub olanlar qanun yaza bilməzdilər.

Sovet imperiyasından xaos diktaturasına qədəm qoyan məmləkəti xilas edən Heydər Əliyevin Dəmir Əli uzun illər sonra Vətən müharibəsində Dəmir İradəyə çevrildi. Torpaqlarını və sərvətlərini itirən millətimiz dərk etdi ki, keçici qırmızı bayraqları qazananda da, ucqar Naxçıvanı lampa işığında qoruyanda da, 2-ci dəfə hakimiyyət olimpinə qayıdanda da, Onun Tək Bir Dövlət Kitabı olub - Heydər Əliyev Konstitusiyası! Bəli, millətə xidmətin heç bir ideoloji-siyasi formasiyadan asılı olmayanda Qalib kimi Qanunu Sən yazırsan!

Ulu öndərin Yeni Azərbaycanı nə din dövləti İranın, nə imperiya varisi Rusiyanın, nə də tez-tez çevrilişlərə səhnə olan Türkiyənin idarəçilik sisteminin yüzdə-yüz təkrarı deyildi. Əksinə, böyük Atatürkün Cümhuriyyət quruculuğunu müstəqil Azərbaycan dövləti üçün örnək seçən Əliyevin siyasi modelini sonda qardaş ölkə də qəbul etdi.

Ulu öndər başqa dövlətlərin quruluşunu mexaniki olaraq, ölkəmizə köçürmədi. Nə mühfizakər Şərq arxaizmi, nə də tez-tez böhranlara yol açan Qərb sistemi, müstəqil iradəyə malik olmayan və Brüsseldən, Srtasburqdan idarə olunan dövlətlərlə eyni olmadıq. Biz sülh içində siyasi gələcəyini müəyyən edən İsveç, Norveçdən fərqli olaraq, Ali Qanunumuzu sütunlu salonlarda monteskyoların, cefersonların tablosu qarşısında deyil, döyüş meydanlarında qurbanlar verərək qəbul edirdik.

Konstitusiyamız bütün xalqı birləşdirdi. Lakin 2023-cü ilədək ölkəmizdə iki bayraq, iki gerb və iki himn vardı. Ali qanunumuzda yazırdıq:”Respublikamız, torpağımız və xalqımız bölünməzdir”, lakin gerçəkdə separatizmin və işğalın simvolu olan Qanunsuzluq hökm sürürdü. Xankəndi Zəfəri konstitusiyamızı da xilas etdi, onu vahidləşdirdi, bütövləşdirdi.

Yeni Konstitusiya iki dövlət çevrilişi cəhdindən, çoxlu sui-qəsdlərdən, yüz minlərlə insanın çadır şəhərciklərindəki ağrılarından keçərək ümumxalq sərvətinə çevrildi. Halbuki belə şəraitdə corc vaşinqtonlar qanun və ali dəyərlər haqda düşünə bilməzdilər.

Ali Qanunumuzun 40 faizinin insan haqlarına aid olduğunu fəxarətlə desək də 20 faizlik natamamlıqdan əziyyət çəkirdik. 1995-ci ildən sonra millətimiz konstitusion yolundan dönmədi. 2005-ci ildəki qanlı inqilablar, bizə ixrac olunan üsul-idarələr parlaq dövlət əsərimizi məğlub edə bilmədi.

Əslində dünyada bütün xalq yığışıb bir qələmlə qanun yazmır. Lakin Vətən müharibəsi və 20 senyabr Suverenlik savaşı Bir millətin, Bir Ordunun və Bir İmzanın yaratdığı ən böyük Qanun Kitabı oldu.

Heydər Əliyev Konstitusiyası bizə qələbə gətirdi və Zəfər Konstitusiyasına çevrildi. Ona hücum edənlər, idarəçiliyi Tək Adamın hakimiyyəti adlandıranların hamısı uduzdu. İlham Əliyev 8 noyabrda Qarabağın xilaskarı olaraq, ən böyük konstitusion ədaləti təmin etdi.

90-cı illərin Razdan meydanında işğalçılıq ideyaları ilə silahlanan erməni xalqının o vaxt qəbul etdiyi təcavüzkarlıq konstitusiyası indi əsarət buxovuna çevrilib. Vətən müharibəsində Qələbəmizdən sonra İrəvan konstitusiya böhranı yaşayır...

Şəhidlərimizin yazdığı Qurtuluş və Xilaskarlıq qanunları isə dəyişilməzdir. Kəlbəcərdən Zəngəzuradək Böyük Qayıdış və Yeni Vətən quruculuğu konstitusiyamıza yazılan yeni parlaq səhifələrdir. İndi Ədalətin Zəfər çaldığı ölkə qururuq!

Ulu Öndərin doğum günü, qalib Konstitusiyamızın 30 ili mübarək olsun!”

“AzPolitika”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 May 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri