Icma.az
close
up
RU
Tarixin Heydər Əliyev konstitusiyası

Tarixin Heydər Əliyev konstitusiyası

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Konstitusiya, hər bir müstəqil dövlətin hüquq sisteminin təməlini təşkil edən ali normativ-hüquqi sənəddir. O, dövlətin hüquqi-siyasi arxitekturasını müəyyənləşdirərək cəmiyyətin bütün həyat sahələrində hüquqi tənzimləmənin əsaslarını formalaşdırır. Konstitusiya dövlətin hüquqi varlığının rəmzi olmaqla, onun suverenliyini, ərazi bütövlüyünü, idarəetmə formasını, siyasi rejimini və dövlət hakimiyyətinin təşkilati-struktur əsaslarını müəyyən edir. Bu ali sənəd dövlətin əsas orqanlarının — qanunverici, icraedici və məhkəmə hakimiyyətinin formalaşdırılma qaydalarını, onların qarşılıqlı münasibətlərini və səlahiyyət bölgüsünü tənzimləyir. Bununla yanaşı, Konstitusiya, cəmiyyətin və dövlətin qarşılıqlı münasibətlərini də hüquqi çərçivəyə salmaqla, vətəndaşların hüquq və azadlıqlarını təmin edən və bu hüquqların müdafiə mexanizmlərini müəyyən edən fundamental norma və prinsipləri özündə ehtiva edir. Konstitusiyanın digər mühüm vəzifəsi hüququn aliliyini və hüquqi dövlət prinsiplərini təmin etməkdir. Bu mənada o, yalnız dövlətin quruluşunu və idarəetməsini deyil, həm də vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini, insan hüquq və azadlıqlarının təmin olunma səviyyəsini müəyyən edən strateji sənəd kimi çıxış edir. Eyni zamanda Konstitusiya, ölkədə qəbul olunan bütün qanunların və hüquqi aktların hüquqi əsasını və çərçivəsini təşkil edir. Yəni, bütün normativ-hüquqi aktlar Konstitusiyaya uyğun olmalı, onun ruhuna və mətninə zidd olmamalıdır. Bu isə Konstitusiyanın normativ-hüquqi sistemdə ali hüquqi qüvvəyə malik olduğunu təsdiq edir. Bütün bunlarla yanaşı, Konstitusiya ictimai konsensusun ifadəsi olaraq, cəmiyyətin ümumi iradəsini, dəyərlərini və dövlətin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas siyasi sənəd kimi də qiymətləndirilir. O, həm də ideoloji, tarixi və mədəni məna daşıyır, dövlətin milli kimliyini və strateji məqsədlərini əks etdirir.

1991-ci ildə Sovet İttifaqının süqutu nəticəsində Azərbaycan Respublikası XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdi. Lakin, bu müstəqillik ilk mərhələdə ciddi daxili və xarici çağırışlarla qarşı-qarşıya qaldı. Dövlət institutlarının zəifliyi, hüquqi mexanizmlərin olmaması, silahlı qarşıdurmalar, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və separatizm meyilləri ilə müşayiət olunan bir dövrdə ölkənin suverenliyi və ərazi bütövlüyü real təhlükə altına düşmüşdü.

Həmin dövrdə ölkədə dərin siyasi böhran hökm sürür, idarəetmədə qeyri-müəyyənlik müşahidə olunurdu. İqtisadi geriləmə, sosial narazılıqlar və hüquqi vakuum cəmiyyətdə anarxiya meyllərini gücləndirirdi. Üstəlik, müstəqil dövlətin əsas hüquqi bazasını təşkil etməli olan Konstitusiyanın olmaması hüquq sisteminin tamamilə iflic olmasına gətirib çıxarmışdı. Bu səbəbdən ölkədə hüquqi dövlətin və sabit idarəetmənin qurulması üçün təxirəsalınmaz və köklü islahatlara ehtiyac yaranmışdı.

Belə mürəkkəb və xaotik bir şəraitdə xalqın təkidli tələbi və dəstəyi ilə 1993-cü ilin iyununda siyasi hakimiyyətə yenidən qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı rolunu öz üzərinə götürdü. Onun yenidən hakimiyyətə qayıdışı milli dövlətçilik ideyasının bərpası və möhkəmləndirilməsi yolunda fundamental bir addım idi. Uzaqgörən liderlik, strateji düşüncə və siyasi iradə sayəsində Heydər Əliyev ölkənin parçalanma və dağılma təhlükəsinin qarşısını aldı, daxili sabitliyi təmin etdi və hüquqi dövlət quruculuğunun əsasını qoydu.

1993-cü ildən etibarən dövlətin əsas prioritetləri kimi sabitliyin təmin olunması, idarəetmə sisteminin normallaşdırılması və hüquqi çərçivənin yaradılması müəyyən edildi. Dövlət idarəetməsi hüquqi əsaslara söykənmədən mümkün deyildi. Bu səbəbdən normativ-hüquqi aktların qəbuluna və qanunvericiliyin təkmilləşdirilməsinə xüsusi önəm verildi. Hüquqi bazanın formalaşdırılması yalnız inzibati idarəetmənin deyil, həm də insan hüquq və azadlıqlarının təmin olunmasının zəruri şərti idi. Bu proseslərin mühüm mərhələsi isə müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanması oldu. Əvvəlki dövrdə qüvvədə olan normativ-hüquqi sənədlər – xüsusilə SSRİ dövründən miras qalan konstitusion çərçivə artıq yeni reallıqları, dövlətin suveren mahiyyətini və demokratik inkişaf istiqamətlərini əks etdirmirdi. Bu səbəbdən Konstitusiyanın hazırlanması milli zərurət səviyyəsinə yüksəldi.

Ümummilli lider Heydər Əliyev bu zərurəti hər zaman dərin tarixi və siyasi məsuliyyət hissi ilə izah etmişdir. Onun “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik” fikirləri, bu sənədə yanaşmada iki mühüm istiqaməti – milli-mənəvi kimliyin qorunmasını və demokratik dəyərlərə inteqrasiyanı vəhdətdə əks etdirirdi.

1995-ci il mayın 2-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş 1048 saylı qərarla ölkənin gələcək inkişaf yolunu müəyyən edəcək əsas hüquqi sənədin – Konstitusiyanın hazırlanması məqsədilə xüsusi komissiya yaradıldı. Bu komissiyaya Ümummilli lider Heydər Əliyev sədr təyin edildi. Komissiyanın tərkibi ölkənin intellektual potensialını əks etdirən nüfuzlu hüquqşünaslardan, tanınmış alimlərdən, siyasətçilərdən və müxtəlif sahələr üzrə mütəxəssislərdən ibarət 34 nəfəri əhatə edirdi. Bu, Azərbaycanın hüquqi dövlət quruculuğu tarixində ilk genişmiqyaslı və institusional yanaşma kimi qiymətləndirilə bilər.

Komissiyanın qarşısında duran əsas vəzifə Azərbaycanın suverenlik statusunu, dövlətçilik ənənələrini və müasir dünyada formalaşmış demokratik dəyərləri nəzərə almaqla milli Konstitusiya layihəsinin hazırlanması idi. Layihə üzərində işləyərkən yalnız beynəlxalq hüququn prinsipləri və qabaqcıl dünya təcrübəsi deyil, eyni zamanda Azərbaycan xalqının tarixi, mənəvi və hüquqi dəyərləri də əsas götürüldü. Bu isə Konstitusiyanın həm universal, həm də milli hüquq sənədi kimi formalaşmasına imkan yaratdı.

Konstitusiya layihəsinin hazırlanması prosesində ictimaiyyətin fikirlərinin öyrənilməsinə və cəmiyyətin müxtəlif təbəqələrinin iştirakına xüsusi əhəmiyyət verildi. Mətbuatda layihə ilə bağlı açıq müzakirələr təşkil olundu, müxtəlif qurum və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən rəy və təkliflər təqdim edildi. Beləliklə, ilk dəfə olaraq Azərbaycanda fundamental bir hüquqi sənədin hazırlanmasında ictimai iştirakçılıq prinsipi tətbiq olundu. Bu, yalnız hüquqi təcrübə baxımından deyil, həm də siyasi legitimlik və cəmiyyətin konsolidasiyası baxımından mühüm əhəmiyyət kəsb etdi.

Nəticə etibarilə, geniş müzakirələr və peşəkar hazırlıq prosesi ilə ərsəyə gəlmiş Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə – referenduma çıxarıldı. Səsvermə nəticəsində Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq, müstəqil dövlətin milli Konstitusiyası xalqın iradəsi ilə qəbul edildi. 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiya aşağıdakı əsas xüsusiyyətlərlə seçilir:

1.   Demokratik idarəçilik modeli: Konstitusiyada hakimiyyətin qanunverici, icraedici və məhkəmə qolları arasında bölgüsü prinsipi təsbit edilmişdir. Bu, hüquqi dövlətin əsas şərtlərindən biridir.

2.   İnsan hüquq və azadlıqlarının üstünlüyü: Konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarını təmin edən və onları beynəlxalq sənədlərlə uyğunlaşdıran bir sənəd olaraq qəbul edilmişdir.

3.   Beynəlxalq hüquqla uzlaşma: Konstitusiyada Azərbaycanın beynəlxalq hüquqi öhdəliklərinə hörmət və beynəlxalq müqavilələrin üstünlüyü prinsipinə əsaslanan müddəalar əks olunmuşdur.

4.   Milli dəyərlərə əsaslanma: Sənəd həm də Azərbaycan xalqının tarixi dəyərlərini və milli kimliyini qoruyan hüquqi çərçivədir.

Ümummilli lider Heydər Əliyev hüququ dövlətçiliyin və cəmiyyətin varlığını təmin edən əsas dəyər kimi qəbul edən böyük dövlət xadimi idi. Onun hüquqa yanaşması dərin elmi təhlilə, praktiki təcrübəyə və prinsipial mövqeyə əsaslanırdı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüququn aliliyi dövlət siyasətinin əsas istiqaməti kimi müəyyən olundu və hüquqi dövlət quruculuğu konsepsiyası həyata keçirilməyə başlandı.

1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli liderin hüquqi təfəkkürünün və dövlətçilik iradəsinin konkret təzahürü kimi tarixə düşdü. Bu sənəd Azərbaycanın müstəqil hüquqi sisteminin əsas dayağına çevrildi və bu gün də ölkənin siyasi-hüquqi quruluşunun bünövrəsini təşkil edir. Zaman-zaman Konstitusiyaya əlavə və dəyişikliklər edilsə də, onun mahiyyətini təşkil edən əsas fəlsəfə – hüququn aliliyi, vətəndaş cəmiyyətinin inkişafı və demokratik idarəetmənin təmin olunması dəyişməz qalır.

Konstitusiya təkcə ölkədaxili idarəetmədə deyil, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində də mühüm rol oynamışdır. O, hüquqi dövlət anlayışının bərqərar olmasının təsdiqi kimi, ölkənin xarici siyasətdə hüquqa əsaslanan mövqe tutmasına, beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərməsinə zəmin yaratmışdır. Bu baxımdan, Azərbaycan Konstitusiyası yalnız daxili nizam-intizam sənədi deyil, həm də ölkənin beynəlxalq hüquqi məkana uğurlu inteqrasiyasının rəmzidir.

Azərbaycan Respublikasının Konstitusiyası, eyni zamanda, xalqın suveren iradəsinin, milli dövlət quruculuğu əzminin və Heydər Əliyev dühasının vəhdətidir. Bu sənəd hüquq sistemin əsas dayaq nöqtəsi olmaqla yanaşı, strateji inkişaf yolunun da hüquqi xəritəsidir. Bu Konstitusiya nəinki bu günümüzün hüquqi reallıqlarını müəyyən edir, həm də gələcək nəsillər üçün hüquqi düşüncə və dövlətçilik dərsi rolunu oynayır.

Ümummilli lider Heydər Əliyevin yaratdığı hüquqi baza bu gün də Azərbaycanın davamlı inkişafının, sabitliyinin və beynəlxalq nüfuzunun hüquqi təminatıdır. O, hüququ siyasətin alətinə çevirmədi, əksinə, siyasəti hüququn ali prinsiplərinə tabe etdirməklə ölkədə hüquqi dövlət konsepsiyasını reallaşdırdı. Bu yanaşma yalnız idarəetmədə normativlik yaratmaq deyil, həm də dövlətin legitimliyini və xalqla hakimiyyət arasında sosial müqavilənin sabitliyini təmin edən fundamental addım idi. Ümummilli lider Heydər Əliyev bu strateji addımı ilə hüquq üzərində qurulmuş milli dövlət modelini formalaşdıraraq, Azərbaycan xalqına əbədi və davamlı siyasi sabitlik nümunəsi miras qoydu – bu da tarixə “Heydər Əliyev Konstitusiyası” kimi düşdü.

Əziz QASIMOV

Naxçıvan MR Ali Məclisinin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Noyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri