Onun üçün 152 milyon döməyə hazırdırlar İngiltərədə rekord transfer
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Londonun “Çelsi” klubunun yarımmüdafiəçisi Enzo Fernandes yay transfer pəncərəsi bağlanana qədər “Mançester Siti”yə keçə bilər.
“Qafqazinfo” xəbər verir ki, “şəhərlilər” yaxın günlərdə argentinalı futbolçunun transferi ilə bağlı rəsmi təklif göndərməyi planlaşdırırlar.
Məşhur insayder və jurnalist Qaston Edulun məlumatına görə, “Siti” 25 yaşlı yarımmüdafiəçi üçün “zadəganlar”a təxminən 130 milyon funt-sterlinq (152 milyon avro) ödəməyə hazırdır. Əgər keçid bu şərtlərlə baş tutarsa, İngiltərə futbolu tarixinin ən bahalı transferi kimi qeydə alınacaq.
Qeyd edək ki, hazırda Premyer Liqa tarixinin ən baha transferi Aleksander İsakın “Nyukasl”dan “Liverpul”a 145 milyon avroluq keçidi hesab olunur. “Mançester Siti”yə keçməyə razılıq verəcəyi təqdirdə Enzo Fernandesin maaşı hazırkı şərtlərlə müqayisədə əhəmiyyətli dərəcədə artacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 26 Avqust 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















