İngiltərədə yüzlərlə tələbə antibiotik üçün növbəyə dayanıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
London, 16 mart, AZƏRTAC
İngiltərənin Kent qraflığında meningit xəstəliyinin yayılması nəticəsində iki nəfər həyatını itirib, yüzlərlə tələbə isə profilaktik antibiotik almaq üçün növbəyə dayanıb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi Kanterberi bölgəsində cümə günündən bazar gününə qədər meningit əlamətləri ilə 13 yoluxma halı qeydə alındığını bildirib.
Hazırda Kent Universitetinin bəzi tələbələri xəstəxanaya yerləşdirilib, digərlərinə isə antibiotik verilir. Bu gün səhər universitetin binası qarşısında dərman almaq istəyən tələbələrin uzun növbələri müşahidə olunub.
Mütəxəssislər bildirirlər ki, meningitin konkret hansı ştamdan qaynaqlandığı hələ müəyyən edilməyib. Meningokok bakteriyası beyin qişalarının iltihabına və qan zəhərlənməsinə səbəb ola bilər və bu vəziyyət qısa müddətdə sepsisə gətirib çıxara bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 16 Mart 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















