OPEC in baş katibi: Dünyada neftə olan gündəlik tələbat 400 min barel artacaq
Icma.az bildirir, Apa.az portalına istinadən.
OPEC 2026-cı ildə qlobal neft tələbatının gündəlik 400 min barel artacağını gözləyir ki, bu da təşkilatın ilin əvvəlindəki proqnozundan aşağıdır.
“TASS” xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm əl-Qeys Dünya Neft Konqresi (WPC Energy) çərçivəsində bildirib.
“Baş verən hadisələrlə əlaqədar OPEC bu il üçün neft tələbatına dair proqnozunu ilin əvvəlindəki göstərici ilə müqayisədə aşağı salıb. Bu il neftə olan gündəlik tələbatın 400 min barel artacağını gözləyirik. Halbuki ilin əvvəlində proqnozumuz 1,4 milyon barel artım idi”, - deyə o bildirib.
Baş katib qeyd edib ki, tələbat artımının bir hissəsi 2027-ci ilə keçəcək. Təşkilat gələn il qlobal gündəlik neft tələbatının 1,7 milyon barel artacağını proqnozlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 12 Oktyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















