Neftə qlobal tələbat azalır OPEC in proqnozu
Icma.az bildirir, Modern.az portalına istinadən.
OPEC 2026-cı ilin yekunlarına əsasən, neftə qlobal tələbatın artımı ilə bağlı proqnozunu iyul ayındakı göstərici ilə müqayisədə 200 min barel azaldıb.
Modern.az xəbər verir ki, təşkilatın aylıq hesabatına əsasən, bu il qlobal neft tələbatının artımının sutkada 580 min barel təşkil edəcəyi gözlənilir. Ümumi tələbatın isə sutkada 105,7 milyon barelə çatacağı proqnozlaşdırılır.
Hesabata görə, 2026-cı ildə neft hasilatının sutkada 640 min barel artacağı gözlənilir. Ümumi hasilatın sutkada 54,8 milyon barel olacağı bildirilir.
2027-ci ildə isə neftə tələbatın artımının sutkada 2,16 milyon barelə çatacağı proqnozlaşdırılır. Bu halda ümumi tələbat sutkada 107,9 milyon barel təşkil edəcək.
OPEC gələn il neft hasilatının sutkada 620 min barel artacağını gözləyir. Ümumi hasilatın isə sutkada 55,45 milyon barel olacağı qeyd edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 13 Avqust 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















