Icma.az
close
up
RU
OPEC in neft hasilatını artırmaq qərarı Azərbaycan üçün nə ifadə edir?

OPEC in neft hasilatını artırmaq qərarı Azərbaycan üçün nə ifadə edir?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

OPEC+ hasilatı artırmaq qərarı verib. Tərəfdaş ölkələr noyabrda neft hasilatını sutkada 137 min barel artırmağa razılaşıblar. Məlumata görə, ən böyük artım Səudiyyə Ərəbistanında gözlənilir və burada neft hasilatı sutkada 41 min barel artacaq. Bəs hasilatın artmasına səbəb nədir? Bu, qiymətlərə necə təsir edəcək? Azərbaycan üçün bu dəyişikliklər nəyə səbəb ola bilər?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Hasilat həcmlərinin artırılması doğru addımdır"

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevin sözlərinə görə, OPEC dövlətləri iddia edirlər ki, hasilat artımı sağlam bazar əsasları, xam neft həcmlərinin azalması ilə bağlıdır: "Burada qlobal perspektivlərin qənaətbəxş olmasını vurğulayırlar. İndiki geosiyasi vəziyyətdə bütün enerji bazarlarında neft balansını qoruyub saxlamaq o qədər də asan deyil. Çünki tədarük zənciri demək olar ki, pozulub, neft axını xətləri daim öz istiqamətini dəyişir. Bu baxımdan bazarda uzunmüddətli balansın saxlanması üçün hasilat artımı müsbət addımdır. Hasilatı artıran dövlətlər iddia edirlər ki, son bir neçə ayda həm təyyarə yanacağına, həm dizel yanacağına tələbat durmadan artır. Belə vəziyyətdə hasilat həcmlərinin artırılması doğru addımdır".

"Hasilatın artırılması vacib idi"

Z.Vəliyevin fikrincə, dünyada baş verən proseslər fonunda hasilatın artırılması vacib idi: "Rusiya, İran, Venesuela beynəlxalq sanksiya altındadır. Bu dövlətlərin neft ixracı həcmləri haqqında dəqiq məlumat vermək mümkün deyil. Rusiya-Ukrayna müharibəsinin gedişində Rusiyanın 12-ə yaxın neft emal zavodu yararsız hala düşüb. Neftin ilkin emal qurğuları fəaliyyət göstərmir. Gündəlik 1 milyon bareldən artıq neft emaldan kənar qalıb. Bu neft həcmləri bazara qayıda bilər. Rusiyanın neft ixracına da məhdudiyyətlər var. Əgər sanksiyalar tam gücü ilə davam edərsə, Rusiyanın beynəlxalq ixrac qabiliyyəti məhdudlaşacaq. Bu vəziyyətdə neft bazarlarında yüngül və ağır neft balansı pozulacaq. ABŞ-nin neft hasilatı gələn il də artacaq. Amma onların nefti yüngül neftdir. Bazar payı aşağıdır. Bir çox dövlətlər ABŞ neftinə maraq göstərmirlər. Bazarda qiyməti müəyyən edən dünyada neft emalı güclərinin tələbatına uyğun neft həcmlərinin mövcudluğudur".

"Neft qiymətlərində ciddi eniş olmayacaq"

Z.Vəliyev düşünür ki, hasilatın artması qiymətlərə təsir göstərməyəcək: "Neft qiymətlərinin 60-65 dollar civarında dəyişməsi nə istehlakçılara, nə də neft təsisatçılarına sərfəli deyil. Neft ixrac edən ölkələrin fikrincə qiymətlərin 75-80 dollar civarında dəyişməsi neft hasil edən və neft idxal edən ölkələr üçün sərfəlidir. Neft qiymətlərinə təsir edən iki əsas səbəb var: biri geosiyasi vəziyyət, digəri tələb-təklif balansındakı qeyri-müəyyənlik. Bazarda uzun müddət dalğalanmanın olması həm emal güclərinin fəaliyyətinə, həm də neft hasil edən ölkələrin hasilat siyasətinə mənfi təsir edir. O səbəbdən bazarda uzun müddətli sabitliyin qalması vacibdir. 2026-cı ildə neft qiymətlərində elə də ciddi eniş gözlənilmir. Qarşıdakı illərdə neftə olan tələbatın azalması da gözlənilmir. Tələbatın pik dövrü 2030-cu ildən sonra baş verəcək. O dövrə kimi hər il neft hasilatında artım baş verməlidir".

Azərbaycan bazarına təsiri

Z.Vəliyev hasilatdakı dəyişiklərin Azərbaycan bazarına təsirindən də danışdı: "Azərbaycanın 2025-ci ilin iyun ayına kimi sutkalıq neft hasilatı 464 min barel təşkil edib. Sentyabr ayında 462 min civarındadır. Azərbaycan OPEC dövlətlərinin təyin etdiyi kvotaya əməl edə bilmir. Hasilat kvotamız 2026-cı ilə kimi gündəlik 551 min bareldir. Cari ilin yanvar-avqust aylarında 18 milyon 391 min ton xam neft hasil edilib. Bu, keçən illə müqayisədə 4,8 faiz azdır. Deməli hər il hasilatımız azalır. Düşünürəm ki, investisiya yönəldilərsə, Azərbaycanda neft hasilatını bir müddət sabit saxlamaq mümkündür. Azərbaycan nefti Qara və Aralıq dənizi regionunda yüksək tələbatlı neft olduğundan brend etalon markalı neftə nisbətdə premiya ilə satılır. Yəni üzərinə 2 dollar 58 sent əlavə edilir. O səbəbdən Azərbaycan neftinin də kəskin ucuzlaşması mümkün deyil".

"Neft hasilatımız azalır"

İqtisadçı Eldəniz Əmirov da düşünür ki, OPEC+ tərəfindən neft hasilatını artırmaq ilə bağlı qərar gözlənilən idi: "Çünki Rusiyaya qarşı sanksiyaların artması, Rusiyanı sanksiyalardan yayındırmağa cəhd edən ölkələrin qarşısının alınması nəticədə qlobal bazarlarda neft təklifi həcmini azaldır. Belə bir məqamda neft hasilatı həcmlərinin artırılması gözlənilirdi. Bu qərar ABŞ tərəfindən də dəstəklənib. Yaxud ABŞ tərəfindən istiqamətləndirildikdən sonra belə qərara gəlinib".

E.Əmirovun sözlərinə görə, neft həcmlərinin artırılması Azərbaycan üçün o qədər də uğurlu olmayacaq: "Azərbaycan OPEC+ ayırdığı kvota həcmində neft hasil edə bilmir. Azərbaycanın neft hasilat həcmləri getdikcə azalmaqdadır. Hasilat artırılmasaydı da mövcud kvota Azərbaycan üçün yetərli idi. Amma kvotanın artırılması ölkəmiz üçün sərfəli deyil. Çünki həcmlərin artırılması neft qiymətlərinə mənfi təsir göstərəcək. Bu isə Azərbaycan üçün arzuolunan deyil".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Oktyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri