OPEC in qlobal neft istehsalındakı payı 36,7 faizə yüksəlib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 30 aprel, AZƏRTAC
Keçən il Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qlobal xam neft istehsalındakı payı 36,7 faizə çatıb.
AZƏRTAC təşkilatın illik hesabatına istinadla xəbər verir ki, 2025-ci ildə OPEC-ə üzv ölkələrin neft istehsalı 2024-cü ilə nisbətən 1 milyon 223 min barel artaraq gündəlik 27 milyon 472 min barel olub. OPEC 2024-cü ildə sutkada orta hesabla 26 milyon 249 min barel neft istehsal etmişdi. Beləliklə, 2024-cü ildə OPEC-in 36,1 faiz olan qlobal xam neft istehsalındakı payı ötən il bir qədər artaraq 36,7 faiz təşkil edib.
Keçən il OPEC-ə üzv olmayan, lakin OPEC+ qrupunda yer alan ölkələrin neft tədarükü 122 min barel artaraq gündəlik 14 milyon 345 min barel olub. Hesabat dövründə OPEC-ə üzv olmayan ölkələrin hasilatı isə əvvəlki illə müqayisədə 896 min barel artaraq sutkada 33 milyon 36 min barelə çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 30 Aprel 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















