OPEC neft sektorunda istənilən növ sanksiyalara qarşıdır
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Neft hasilatını və ya ticarətini məhdudlaşdıran istənilən tədbirlər neft bazarında balansın təmin olunmasına kömək etmir və Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) belə sanksiya tədbirlərinə qarşıdır.
“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə OPEC-in baş katibi Heysam əl-Qays bildirib.
“Biz OPEC-də hər cür ticarət məhdudiyyətlərinə, dünya üzrə enerji resurslarının normal axınına mənfi təsir göstərən tədbirlərə qarşıyıq. İstehsalı və ya ticarəti məhdudlaşdıran istənilən tədbir tələbat və təklif balansına təsir göstərə bilər və bunlar bazara heç bir fayda vermir”, - Heysam əl-Qays qeyd edib.
OPEC-in baş katibi əlavə edib ki, sanksiyalar təkcə neft istehsalçıları üçün deyil, həm də istehlakçılar üçün sağlam olmayan bir vəziyyətdir.
Qeyd olunur ki, hazırda beynəlxalq sanksiyalar altında olan “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür) ölkələrindən İran, Venesuela (hər iki ölkə OPEC-in üzvüdür) və Rusiya yer alıb.
Baxış sayı:91
Bu xəbər 14 İyul 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















