OPEC+ nümayəndələri tədarük artımlarının bərpa olunacağını gözləyirlər
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
OPEC+ nümayəndələri tədarük artımlarının bərpa olunacağını gözləyirlər.
Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanı və Rusiya rəhbərliyində fəaliyyət göstərən qrup bazar günü keçiriləcək videokonfrans ərəfəsində hələlik konkret fəaliyyət planı müəyyənləşdirməyib. Adlarının açıqlanmasını istəməyən nümayəndələr hasilat artımının mümkün ola biləcəyini təsdiqləyiblər.
“Bloomberg”in yaydığı məlumata görə, üç rəsmi şəxs neftə tələbatın güclü olaraq qaldığını və təklif artıqlığı ilə bağlı gözləntilərə baxmayaraq qiymətlərin təxminən 17 faiz yüksəldiyini xatırladaraq, aprel ayında kiçik həcmli qiymət artımlarının yenidən başlaya biləcəyini proqnozlaşdırdıqlarını bildiriblər.
Digər bir rəsmi isə bunun mümkün olduğunu, lakin ABŞ ilə İran arasında qarşıdurma riskinin artması səbəbindən yekun qərarın hələ də qeyri-müəyyən qaldığını qeyd edib.
Bəzi analitiklərin fikrincə, “OPEC+” ötən ilin sonlarında həyata keçirilən minimal artımlara uyğun olaraq gündəlik hasilatı əlavə 137 min barel artırmaq imkanına malikdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 25 Fevral 2026 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















