Icma.az
close
up
RU
“OPEC” və “OPEC+” anlaşdı

“OPEC” və “OPEC+” anlaşdı

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Neft ixrac edən ölkələr qiymətlərin sabit saxlanılması barədə razılığa gəlib

Noyabrın 30-da Neft İxrac Edən Ölkələrin Təşkilatına (“OPEC”) üzv və qeyri-üzv ölkələrin (“OPEC+”) nazirlərinin 40-cı iclası keçirilib. Tədbirdə qlobal neft bazarındakı vəziyyət, hasilat səviyyələri və kompensasiyaların yerinə yetirilməsinə dair müzakirələr aparılıb. İclas zamanı qlobal neft bazarındakı vəziyyət, hasilat səviyyələri və kompensasiyaların yerinə yetirilməsinə dair müzakirələr aparılıb.

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun təmsil olunduğu iclasda tərəfdaş ölkələr dünya bazarında baş verən son fraqmentasiyalar, geosiyasi mürəkkəbliklər, neft istehlakında dəyişmələr, ABŞ-ın sərt ticarət tətbiqləri və digər amillərin neft bazarına təsiredici rol oynadığını istisna etməyib. OPEC-in baş katibi Haysam əl-Qaysın qənaətinə görə, 2025-ci ilin əvvəlindən formalaşan qlobal iqtisadi meyillər dünya üzrə xammal bazarlarına da təsirsiz qalmayıb, il ərzində əmtəə qiymətlərində enmə tendensiyası müşahidə olunub. Bu situasiyaların növbəti ildə də davam edəcəyi istisna olunmur.

Dünya iqtisadiyyatında zəifləmə neftə tələbi azaldır

Qeyd edək ki, son aylarda qlobal bazarlarda xam neftə olan tələb azalmaqda davam edir. Buna müxtəlif ölkələrdə iqtisadi fəallığın azalması, o cümlədən ABŞ və Avropa İttifaqında sənaye və enerji sektorunda işgüzarlığın zəifləməsi, qlobal bazarın ən nəhəng istehlakçısı olan Çində gözləniləndən daha az xam neft tələbinin qeydə alınması, bərpa olunan enerjiyə keçidin sürətlnməsi də digər faktorlar təsir göstərməkdədir. Beynəlxalq Enerji Agentliyinin (IEA) gözləntilərinə görə, Avropa ölkələrində, o cümlədən əsas iqtisadi güc olan Almaniyada neft tələbi sutkada 100 min barelə yaxın azalıb, ABŞ-da istehsal fəaliyyəti cari ilin ötən aylarında ardıcıl olaraq aşağı düşüb. Bu tendensiyasnın 2025-cü ilin son ayında və növbəti ilin ilk rübündə də davam edəcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondunun və qlobal enerji agentliklərinin proqnozlarına görə, dünya iqtisadiyyatında yavaşlama tələbin azalmasını təşviq edəcək. Bu isə orta qiymət əmsalının 60-62 dollar çərçivəsində qalmasına səbəb olacaq.  Ancaq bu qiymət dəhlizi “OPEC+” ölkələri üçün qanedici hesab edilmir.

İclasda son aylarda qlobal bazarlarda baş verən tendensiyaların və siyasi amillərin də qiymətlərə təsir imkanları istisna edilməyib. Vurğulanıb ki, ABŞ-ın Rusiyanın “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı tətbiq etdiyi sanksiya qiymətlərin kəskin şəkildə aşağı düşməsinə səbəb olmadı. Bunun səbəbi 8 ölkənin (Səudiyyə Ərəbistanı, BƏƏ, Qazaxıstanın, Rusiyanın, Küveyt, Əlcəzair, Oman və İraq) sutkalıq hasilatı artıraraq 2,9 milyon barela çatdırmasıdır. Tərəflər hazırda dünya bazarında sutkada 100 milyon barel neft satışını da normal qarşılayaraq bu çərçivənin qiymətlərin dayanıqlılığı üçün normal hədd olduğunu hesab edir.

70 dollar neft ixrac edən ölkələri qane edir

Bu meyilləri nəzərə alan “OPEC+” və “OPEC” üzvləri bazardakı nəql kvotasını nəzarətdə saxlamağı məqsədəuyğun saymır. Kartel ölkələrinin enerji analitiklər hesab edirlər ki, dünya iqtisadiyyatında cüzi artım faizinə və sənayenin artma tələbatına uyğun neft tədarükün cəlb edilməsi vacibdir.

Ümumilikdə, “OPEC” ölkələri qlobal bazar üçün optimal qiymətin indiki şəraitdə 70 dollar olmasını sərfəli hesab edir. Kartel ölkələri hesab edir ki, dünya bazarında neftin qiyməti təbii olaraq deyil, süni yollarla da dəyişdirilir. Belə ki, ucuzlaşma hasilatın artırılması, nəqliyyat xərclərinin artması və s. amillərlə bağlı deyil, bazara süni müdaxilələr olur ki, bu da təchizatçıların planlaşdırmasını pozur.

Buna görə də, “OPEC” ölkələri də təşkilatın qeyri-üzv təmsilçilərinin fikirlərini dəstəkləyərək dünya bazarında neftin qiymətində eniş tendensiyasını nəzərə alam kartel ölkələri hasilatın sabit saxlanması və təmkinli nəql siyasəti yürütməyi məqsəduyğun hesab edib. Belə ki, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman sabit qlobal iqtisadi mənzərə və aşağı ehtiyatlarda əks olunan sağlam neft bazarı əsasında sabitliyə sadiq olduqlarını təsdiqləyib.

“OPEC” Katibliyi strateji plan hazırlayacaq

İclasın yekununda “OPEC” və “OPEC+” ölkələri Əməkdaşlıq Bəyannaməsinə uyğun olaraq sabit neft bazarına nail olmaq və onu saxlamaq üçün davamlı öhdəlikləri dəstəkləmək qərarına gəlib. Əldə edilmiş birgə anlaşmaya əsasən, gündəlik xam neft hasilatının 2026-cı ilin sonuna qədər sabit saxlanılması və maksimum davamlı istehsal gücünün qiymətləndirilməsi mexanizmi təsdiqlənib. İştirakçılar 2026-cı ilin yanvar-mart aylarında hasilat artımını dayandırmaqla yanaşı, 2025-ci ilin dekabr ayı üçün gündəlik 137 min barel kollektiv artımın həyata keçirilməsi ilə bağlı birgə niyyətlərini ifadə edib. Qeyd edilib ki, birgə kommunike hasilatın sabit səviyyədə saxlanılmasına nail olmaqla, qiymətlərin orta dəhlizini təmin edəcək. OPEC Nazirləri Monitorinq Komitəsi iştirakçı ölkələrin davamlı səylərini yüksək qiymətləndirərək, kollektiv qərarlara ciddi riayət edilməsinin qlobal neft bazarında sabitliyinin qorunmasında həlledici amil olacağını bəyan edib.  

Həmçinin, “OPEC” və “OPEC+” ölkələri ümumi xam neft hasilatının səviyyəsini nəzarətdə saxlamaq və bazar konyukturasına uyğun davamlı qərarlar qəbul etməyi razılaşdırıb. Bazar ssenarilərini izləyərək nəql imkanları ilə bağlı təcili qərarlar ermək üçün Nazirlərin Birgə Monitorinq Komitəsinin mandatına uyğun olaraq iki aydan bir iclas keçirməsi barədə də anlaşma əldə edilib. Həmçinin, 2027-ci il üzrə neft hasilatının baza səviyyələrinin müəyyən edilməsində istinad göstəricisi kimi istifadə olunacaq Maksimum Davamlı İstehsal Gücünün (MSC) qiymətləndirilməsi mexanizmi təsdiqlənib. “OPEC” Katibliyinə isə imzalanmış Əməkdaşlıq Xartiyasının məqsədlərinə nail olmaq üçün strateji plan hazırlamaq tapşırılıb...

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Dekabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see366

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see255

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see205

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see203

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see197

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see183

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see173

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see173

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see172

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see170

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see168

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see166

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see165

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see165

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see164

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see163

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see163

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see157

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see156

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri