OpenAI Çin hökumətini ChatGPT dən izləmə məqsədilə istifadə etməkdə ittiham edib
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
ABŞ-nin süni intellekt şirkəti OpenAI hesab edir ki, Çin hakimiyyəti ChatGPT-dən öz vətəndaşlarına, xüsusən də uyğur azlığının üzvlərinə nəzarət məqsədilə istifadə edib.
Redaktor.az bu barədə xarici mediaya istinadl xəbər verir.
Məlumatda qeyd olunur ki, ChatGPT istifadəçilərindən biri, ehtimal ki, Çin dövlət qurumlarından biri ilə əlaqəli şəxs, modeldən uyğurların və digər şəxslərin hərəkətləri və polis qeydlərinin təhlili üçün alət hazırlamağa kömək istəmişdir.
Digər istifadəçi isə chatbotdan dini və siyasi məzmunlu sosial media paylaşımlarını izləyə biləcək proqram təminatı hazırlamaq barədə yardım istəyib. Hər iki istifadəçinin hesabı sonradan bloklanıb.
Öz növbəsində Çinin ABŞ-dəki səfirliyi OpenAI-nin ittihamlarını əsassız adlandırıb və onların tamamilə yalan olduğunu bildirib.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 07 Oktyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















