“Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Opera günləri" layihəsi çərçivəsində Şirvanşahlar Sarayında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operasından parçalar nümayiş etdirilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, bəstəkarın anadan olmasının 140 illiyinə həsr olunmuş tamaşada Rəvanə Əmiraslanlı (Əsli), Məhəbbət Səfərov (Kərəm), Taleh Yahyayev (Keşiş), Fuad Əzizzadə (Şah), Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx), Pərviz Verdiyev (Paşa) iştirak ediblər.
Qeyd edək ki, tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xoreoqrafı Xalq artisti Mədinə Əliyeva, tarda müşayiət edən Əməkdar artist Elxan Mansurovdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 20 İyun 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















