Icma.az
close
up
RU
Opera və Balet Teatrından ittihamlara reaksiya

Opera və Balet Teatrından ittihamlara reaksiya

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Akademik Opera və Balet Teatrı son günlər baş verənlərlə bağlı açıqlama yayıb.

Teatrdan Globalinfo.az-a bildirilib ki, ayrı-ayrı şəxslərlə bağlı qərarlar mövcud əmək münasibətləri, fəaliyyət xüsusiyyətləri və təşkilati zərurətlər nəzərə alınmaqla qəbul edilib.

“Xalq artisti Əvəz Abdullayev Azərbaycanı xaricdə layiqli şəkildə təmsil edən sənətçilərdən biridir. Daimi yaşayış yeri Almaniyadır. Bu səbəbdən onun teatr truppasında fasiləsiz əsaslarla fəaliyyət göstərməsi mümkün olmadığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Mövcud beynəlxalq təcrübəyə uyğun olaraq bu kimi hallarda əməkdaşlığın layihə əsaslı, mülki-hüquqi müqavilə çərçivəsində, yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə davam etdirilməsi daha məqsədəuyğun hesab olunur və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur”.

Həmçinin qeyd olunub ki, Əvəz Abdullayevin sənətinə və peşəkar yaradıcılığına yüksək qiymət verilir və onun gələcək fəaliyyətində yeni uğurlara imza atacağına inam ifadə olunur.

“Onun Almaniyada işlədiyi “Nationaltheater Mannheim” teatrında Azərbaycanı layiqincə təmsil etməyinə əminliyimizi vurğulayırıq”.

Məlumatda Xalq artisti Yalçın Adıgözəlov haqqında da açıqlama öz əksini tapıb.

Bildirilib ki, o, yüksək peşəkarlığı və sənətinə verdiyi töhfələrlə seçilən, böyük hörmət bəslənilən sənətkardır.

“O, Niyazı adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin olunduqdan sonra qarşılıqlı razılaşma əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı müqaviləsinə xitam verilib. Lakin onunla da mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, layihə əsaslı, müqavilə çərçivəsində, konkret çıxışlar üzrə qonorar prinsipi ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur”.

Sorğuya cavabda vurğulanıb ki, teatrın solisti Atəş Qarayevlə münasibətdə isə teatr tərəfindən müxtəlif dövrlərdə həm səmərəli yaradıcılıq fəaliyyəti, xüsusilə də 44 günlük Qarabağ müharibəsi veteranı olmağı aspektindən böyük həssaslıqla yanaşılıb və daim müvafiq dəstək göstərilib.

“O cümlədən, Avstriyada, Qazaxıstanda, Rusiyada təşkil olunan müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə, layihələrdə iştirakı üçün hər cür zəruri dəstək göstərilib”.

Məlumatda əmək intizamı ilə bağlı teatrda son dövrlərdə ciddi islahatların aparıldığına da diqqət çəkilib.

“Keçirilən yoxlamalar nəticəsində məlum olub ki, Atəş Qarayev 2025-ci ilin dekabr ayında 25 iş günündən yalnız 4 gün işdə olub, 2026-cı ilin yanvar ayında işdə ümumiyyətlə olmayıb, fevral ayında isə 24 iş günündən 11 gün işdə olub. Bu səbəbdən dəfələrlə xəbərdarlıq edildikdən sonra, əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi tətbiq olunaraq əməkhaqqında müvafiq tutulma aparılıb”.

Daha sonra qeyd olunub ki, bu ilin yanvar ayında Oman Sultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral Opera Teatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının premyeras baş tutub.

“Səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilib. Azərbaycan yaradıcı kollektivinin Kral Opera Teatrı kimi məşhur sənət ocağında çıxışı musiqi mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib. Qastrol çərçivəsində heyətin aviabiletlərinin alınması, yerləşdirilməsi və qidalanma qarşı tərəfdən ödənildiyi səbəbilə ayrıca ezamiyyə xərcləri qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmayıb. Qonorar ödənişləri ilə bağlı bildiririk ki, qarşı tərəfdən müvafiq maliyyə vəsaitləri köçürüldükdən sonra ödənişlər qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddət – 60 iş günü ərzində həyata keçiriləcəyi haqqında bütün iştirakçılar əvvəlcədən məlumatlandırılıb və bu ödənişlər artıq gerçəkləşdirilib. Teatr rəhbərliyi olaraq əsas prioritetlərimizdən biri teatr kollektivinin həm peşəkar inkişafının, həm də maddi-sosial rifahının yüksəldilməsidir. Bu məqsədlə beynəlxalq layihələrdə iştirakın genişləndirilməsi, yeni təşəbbüslərin həyata keçirilməsi və yaradıcı heyətin sosial təminatının, rifahının daha da gücləndirilməsi qarşımıza əsas hədəf kimi qoyulub”.

Teatrında cavabında sənət ocağının əsas səhnəsində yenilənmə işlərinin davam etməsinə baxmayaraq, kollektiv yaradıcılıq fəaliyyətini fasiləsiz şəkildə davam etdirildiyinə də diqqət çəkilib.

“Belə ki, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yeni quruluşda təqdim olunub, “Koroğlu” operası bərpa edilib. İlk dəfə səhnələşdirilən musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan “Nəsimi” operası sənətsevərlər üçün əlamətdar bir hadisəyə çevrilib. İzləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan “Opera günləri”, eləcə də “Balet günləri” təşkil olunub. 2026-cı ilin mart ayı üzrə ölkənin əksər bölgələrinə qastrol proqramı, o cümlədən Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə edib, martın 28-də Mingəçevirdə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası nümayiş etdirilib. Bununla yanaşı, teatr tərəfindən Cüzeppe Verdinin “Aida” operasının təqdimatı olub”.

Məlumatda qeyd edilib ki, teatrın maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, müasir tələblərə cavab verən yeni avadanlıq və musiqi alətləri ilə təmin edilib.

“Dövlət-özəl, tərəfdaşlıq prinsipləri, habelə sponsorluq əsasında texniki imkanların genişləndirilməsi istiqamətində də müvafiq addımlar atılıb. Teatr tərəfindən əməkdaşlarla bağlı qərarlar mövcud qanunvericilik, təşkilati zərurətlər və peşəkar fəaliyyət meyarları əsasında qəbul edilir. Teatrın fəaliyyəti şəffafdır və həyata keçirilən layihələr, tamaşalar və beynəlxalq əməkdaşlıqlar ictimaiyyət üçün açıq mənbələrdə öz əksini tapır. Mövcud faktlar və konkret nəticələr aydın şəkildə göstərir ki, kollektivin fəaliyyəti sistemli və davamlı inkişaf xətti üzrə həyata keçirilir. Bu kontekstdə ayrı-ayrı subyektiv yanaşmalar və spekulyativ fikirlər obyektiv reallığı əks etdirmir və ümumi mənzərə yalnız rəsmi məlumatlar və əldə olunan nəticələr əsasında qiymətləndirilməlidir”.

Sorğuya cavabda kollektiv daxilində əmək münasibətlərinin tənzimlənməsi çərçivəsində işdən ayrılma halları, intizam tədbirləri və digər təşkilati proseslər baş verə biləcəyi də vurğulanıb.

“Bu kimi məsələlərin hamısı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə, müəyyən edilmiş prosedurlar əsasında həyata keçirilir və müvafiq qaydada, sivil və hüquqi çərçivədə həll olunur. Azərbaycan teatrının çoxşaxəli layihələrinin həyata keçirilməsi, gənc nəslin bu sahəyə davamlı şəkildə cəlb olunması, yeni tamaşaların hazırlanması və bilet satışlarının artması Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keyfiyyət yönümlü institusional dəyişikliklərin baş verdiyini göstərir. Bu dinamika, öz növbəsində, tamaşaçı marağının və məmnuniyyət səviyyəsinin yüksəlməsinə xidmət edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Aprel 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri