Icma.az
close
up
RU
Opera və Balet Teatrından son müzakirələrə dair açıqlama

Opera və Balet Teatrından son müzakirələrə dair açıqlama

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Akademik Opera və Balet Teatrı son günlər baş verənlərlə bağlı açıqlama yayıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə teatrdan məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı şəxslərlə bağlı qərarlar mövcud əmək münasibətləri, fəaliyyət xüsusiyyətləri və təşkilati zərurətlər nəzərə alınmaqla qəbul edilib:

“Xalq artisti Əvəz Abdullayev Azərbaycanı xaricdə layiqli şəkildə təmsil edən sənətçilərdən biridir. Daimi yaşayış yeri  Almaniyadır. Bu səbəbdən onun teatr truppasında fasiləsiz əsaslarla fəaliyyət göstərməsi mümkün olmadığından, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, bu kimi hallarda əməkdaşlığın layihə əsaslı, mülki-hüquqi müqavilə çərçivəsində, yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə davam etdirilməsi daha məqsədəuyğun hesab olunur və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Eyni zamanda vurğulamaq istərdik ki, Əvəz Abdullayevin sənətinə və peşəkar yaradıcılığına yüksək qiymət verilir və onun gələcək fəaliyyətində yeni uğurlara imza atacağına inam ifadə olunur. Onun Almaniyada işlədiyi “Nationaltheater Mannheim” teatrında Azərbaycanı layiqincə təmsil etməyinə əminliyimizi vurğulayırıq”.

Teatrdan Xalq artisti Yalçın Adıgözəlov haqqında qeyd edilib ki, o, yüksək peşəkarlığı və sənətinə verdiyi töhfələrlə seçilən, böyük hörmət bəslənilən sənətkardır:

“O, Niyazı adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin olunduqdan sonra qarşılıqlı razılaşma əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı müqaviləsinə xitam verilmişdir. Lakin onunla da mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, layihə əsaslı, müqavilə çərçivəsində, konkret çıxışlar üzrə qonorar prinsipi ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur”.

Bundan başqa qeyd edilib ki, teatrın solisti Atəş Qarayevə münasibətdə isə teatr tərəfindən müxtəlif dövrlərdə həm səmərəli yaradıcılıq fəaliyyəti, xüsusilə də  44 günlük Qarabağ müharibəsi veteranı olmağı aspektindən böyük həssaslıqla yanaşılmış və daim müvafiq dəstək göstərilib. O cümlədən, Avstriyada, Qazaxıstanda, Rusiyada təşkil olunan müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə, layihələrdə  iştirakı üçün hər cür zəruri  dəstək göstərilib. 

“Bununla yanaşı, əmək intizamı ilə bağlı teatrda son dövrlər ciddi islahatlar aparılmaqdadır. Keçirilən yoxlamalar nəticəsində məlum olmuşdur ki, 2025-ci ilin dekabr ayında 25 iş günündən yalnız 4 gün işdə olmuş, 2026-cı ilin yanvar ayında işdə ümumiyyətlə olmamış, fevral ayında isə 24 iş günündən 11 gün işdə olmuşdur. Bu səbəbdən dəfələrlə xəbərdarlıq edildikdən sonra, əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi tətbiq olunaraq əməkhaqqında müvafiq tutulma aparılıb.

Daha sonra xatırlarmaq istəyirik ki, bu ilin yanvar ayında  Oman Sultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral Opera Teatrının  səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının premyeras baş tutmuşdur. Səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilmişdir.

Azərbaycan yaradıcı kollektivinin Kral Opera Teatrı kimi məşhur sənət ocağında çıxışı musiqi mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilmişdir. Qastrol  çərçivəsində heyətin aviabiletlərinin alınması, yerləşdirilməsi və qidalanma qarşı tərəfdən ödənildiyi səbəbilə ayrıca ezamiyyə xərcləri qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmayıb. 

Qonorar ödənişləri ilə bağlı bildiririk ki, qarşı tərəfdən müvafiq maliyyə vəsaitləri  köçürüldükdən sonra ödənişlər qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddət — 60 iş günü ərzində həyata keçiriləcəyi haqqında bütün iştirakçılar əvvəlcədən məlumatlandırılmışdır. Diqqətinizə çatdırmaq istəyirik ki, bu ödənişlər artıq gerçəkləşdirilib. Teatr rəhbərliyi olaraq əsas prioritetlərimizdən biri teatr kollektivinin həm peşəkar inkişafının, həm də maddi-sosial rifahının yüksəldilməsidir. Bu məqsədlə beynəlxalq  layihələrdə iştirakın genişləndirilməsi, yeni təşəbbüslərin həyata keçirilməsi və yaradıcı heyətin  sosial təminatının, rifahının daha da gücləndirilməsi qarşımıza əsas hədəf kimi qoyulub.

Eyni zamanda bildiririk ki, teatrın əsas səhnəsində yenilənmə işlərinin davam etməsinə baxmayaraq, kollektiv yaradıcılıq fəaliyyətini fasiləsiz şəkildə davam etdirir”.

Teatrında cavabında sənət ocağının əsas səhnəsində yenilənmə işlərinin davam etməsinə baxmayaraq, kollektiv yaradıcılıq fəaliyyətini fasiləsiz şəkildə davam etdirildiyinə də diqqət çəkilib:

"Belə ki, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası yeni quruluşda təqdim olunub, "Koroğlu" operası bərpa edilib. İlk dəfə səhnələşdirilən musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan "Nəsimi" operası sənətsevərlər üçün əlamətdar bir hadisəyə çevrilib. İzləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan "Opera günləri", eləcə də "Balet günləri" təşkil olunub.

2026-cı ilin mart ayı üzrə ölkənin əksər bölgələrinə qastrol proqramı, o cümlədən Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə edib, martın 28-də Mingəçevirdə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettası nümayiş etdirilib. Bununla yanaşı, teatr tərəfindən Cüzeppe Verdinin "Aida" operasının təqdimatı olub".

Məlumatda qeyd edilib ki, teatrın maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, müasir tələblərə cavab verən yeni avadanlıq və musiqi alətləri ilə təmin edilib:

“Dövlət-özəl, tərəfdaşlıq prinsipləri, habelə sponsorluq əsasında texniki imkanların genişləndirilməsi istiqamətində də müvafiq addımlar atılıb. Teatr tərəfindən əməkdaşlarla bağlı qərarlar mövcud qanunvericilik, təşkilati zərurətlər və peşəkar fəaliyyət meyarları əsasında qəbul edilir. Teatrın fəaliyyəti şəffafdır və həyata keçirilən layihələr, tamaşalar və beynəlxalq əməkdaşlıqlar ictimaiyyət üçün açıq mənbələrdə öz əksini tapır.

Mövcud faktlar və konkret nəticələr aydın şəkildə göstərir ki, kollektivin fəaliyyəti sistemli və davamlı inkişaf xətti üzrə həyata keçirilir. Bu kontekstdə ayrı-ayrı subyektiv yanaşmalar və spekulyativ fikirlər obyektiv reallığı əks etdirmir və ümumi mənzərə yalnız rəsmi məlumatlar və əldə olunan nəticələr əsasında qiymətləndirilməlidir".

Açıqlamada kollektiv daxilində əmək münasibətlərinin tənzimlənməsi çərçivəsində işdən ayrılma halları, intizam tədbirləri və digər təşkilati proseslər baş verə biləcəyi də vurğulanıb:

“Eyni zamanda bildiririk ki, teatrın əsas səhnəsində yenilənmə işlərinin davam etməsinə baxmayaraq, kollektiv yaradıcılıq fəaliyyətini fasiləsiz şəkildə davam etdirir. Belə ki, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yeni quruluşda təqdim olunmuşdur,  “Koroğlu” operası bərpa edilmişdir.

İlk dəfə səhnələşdirilən Musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan “Nəsimi” operası sənətsevərlər üçün əlamətdar bir hadisəyə  çevrilmişdir. 

İzləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan “Opera günləri”,  eləcə də “Balet günləri”   təşkil olunmuşdur.  2026-cı ilin mart ayı üzrə ölkənin əksər bölgələrinə  qastrol proqramı, o cümlədən  Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə etmiş, martın 28-də Mingəçevirdə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası nümayiş etdirilmişdir.

Bununla yanaşı, teatr tərəfindən Cüzeppe Verdinin “Aida” operasının təqdimatı olmuşdur. 

Teatrın maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, müasir tələblərə cavab verən yeni avadanlıq və musiqi alətləri ilə təmin edilmişdir. Dövlət-özəl, tərəfdaşlıq prinsipləri, habelə sponsorluq əsasında texniki imkanların genişləndirilməsi istiqamətində də müvafiq addımlar atılmışdır.

Ümumilikdə qeyd etmək istərdik ki, teatr tərəfindən əməkdaşlarla bağlı qərarlar mövcud qanunvericilik, təşkilati zərurətlər və peşəkar fəaliyyət meyarları əsasında qəbul edilir. Teatrın fəaliyyəti şəffafdır və həyata keçirilən layihələr, tamaşalar və beynəlxalq əməkdaşlıqlar ictimaiyyət üçün açıq mənbələrdə öz əksini tapır.

Mövcud faktlar və konkret nəticələr aydın şəkildə göstərir ki, kollektivin fəaliyyəti sistemli və davamlı inkişaf xətti üzrə həyata keçirilir. Bu kontekstdə ayrı-ayrı subyektiv yanaşmalar və spekulyativ fikirlər obyektiv reallığı əks etdirmir və ümumi mənzərə yalnız rəsmi məlumatlar və əldə olunan nəticələr əsasında qiymətləndirilməlidir. 

Eyni zamanda bildiririk ki, kollektiv daxilində əmək münasibətlərinin tənzimlənməsi çərçivəsində işdən ayrılma halları, intizam tədbirləri və digər təşkilati proseslər baş verə bilər. Bu kimi məsələlərin hamısı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə, müəyyən edilmiş prosedurlar əsasında həyata keçirilir və müvafiq qaydada, sivil və hüquqi çərçivədə həll olunur.

Son olaraq bildiririk ki, Azərbaycan teatrının çoxşaxəli layihələrinin həyata keçirilməsi, gənc nəslin bu sahəyə davamlı şəkildə cəlb olunması, yeni tamaşaların hazırlanması və bilet satışlarının artması Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keyfiyyət yönümlü institusional dəyişikliklərin baş verdiyini göstərir. Bu dinamika, öz növbəsində, tamaşaçı marağının və məmnuniyyət səviyyəsinin yüksəlməsinə xidmət edir".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Aprel 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri