Operator erməni parlamentinə bıçaqla girdi, həbs edildi
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Ermənistan parlamentinin nəzarət-buraxılış məntəqəsində yoxlanış zamanı “Nyudey” (newday) saytının operatoru Canibek Xaçatryanın üzərindən bıçaq çıxıb.
Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, dərhal hadisə yerinə İrəvan polisinin əməkdaşları gəlib və operator polis bölməsinə aparılıb.
Saytn meneceri Ani Gevorkyanın sözlərinə görə, operatorun üzərindən çıxan bıçaq suvenir olub.
Gevorkyan bildirib ki, Xaçatryan üzərində bıçaq olduğunu xatırlamayıb və iki dəfə parlementə daxil olub. Üçüncü dəfə isə buraxılış məntəqəsinin əməkdaşları onda bıçaq aşkar ediblər:
“Hesab edirəm ki, operatoruma bu münasibət mənimlə bağlıdır, çünki onların mənimlə problemi var və onun vasitəsilə bu məsələni həll etməyə çalışırlar. “Alen Simonyana sui-qəsd planlaşdırılıb və bunu da edən Canibek Xaçatryandır” desələr, təəccüblənmərəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 21 Yanvar 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















