Əsas operator kənara çəkilib, stajor operator döyülüb Video
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə Real TV-nin çəkiliş qrupuna hücum olub.
Mövzu ilə bağlı Real TV-nin baş redaktorunun müavini Mahir Məmmədli Axar.az-a açıqlamasında bildirib ki, yeniyetmələrlə söhbət aparanın müxbir deyil, operator olması təsadüfi deyil, çünki operatora mane olmaq istəyiblər.
“Əsas operator – Eldəniz Əhmədov kameranı qorumaq üçün kənara çəkilib. Buna görə də videoda kamera görünmür.
Döyülən əməkdaşımız - stajor operator 23 yaşlı Yusif Səfərlidir. Müxbir isə Nigar Qarayevadır. Videodakı səs Nigarındır. O, həmin vaxt Yusifin döyülməsinə mane olmağa çalışır.
Məktəbdə əməkdaşlarımızın çəkiliş aparmasına etiraz ediblər. Əvvəlcə, məktəbin mühafizəçisi etiraz edib, ardınca isə onun təhriki ilə yeniyetmələr etiraza qoşulublar. Kənardan gələn şəxslərin də qarışdığı insidentdə əməkdaşlarımız kütləvi şəkildə döyülüb, linç edilib”, - Mahir Məmmədli vurğulayıb.
Qeyd edək ki, insidentlə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır, saxlanılanların olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 29 Oktyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















