Icma.az
close
up
RU
Operator və yaxınları öz platformalarında layihə sahibi ola bilməyəcək Nazir müavini

Operator və yaxınları öz platformalarında layihə sahibi ola bilməyəcək Nazir müavini

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Kraudfandinq sahəsində maraqların toqquşması və sui-istifadənin qarşısının alınması üçün insayder qadağası tələb kimi nəzərdən keçirilib".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Kraudfandinq haqqında” qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov deyib.

Onun sözlərinə görə, kraudfandinq sahəsi ilə bağlı dələduzluğun qarşısını almaq üçün platforma operatorlarına xüsusi tələblər müəyyənləşdirilir:

"Platformadan istifadə edərək hansısa bir layihənin maliyyələşməsi üçün təkliflər sürən və layihəsini təqdim edən layihə sahiblərinə dair məhdudiyyətlər müəyyənləşdirilir, investorların müdafiə mexanizmləri qurulur. Maraqların toqquşmasının qarşısını alınması üçün müvafiq bəndlər, maddələr öz əksini tapıb və eyni zamanda Azərbaycan Mərkəzi Bank tərəfindən davamlı şəkildə monitorinqin həyata keçirilməsi qanun layihəsində norma olaraq öz əksini tapıb. Platforma operatoruna münasibətdə biz reyestrdə qeydiyyat tələblərini nəzərdə tuturuq və vətəndaş qüsursuzluğu ilə bağlı konkret müddəalar mövcuddur. Layihə sahibi ilə münasibətdə yoxlanılma, şəffaflıq tələblərini irəli sürürük və maliyyə hesabatlığını tələb olaraq layihə sahibinin üzərinə öhdəlik kimi nəzərdə tutmuşuq". 

Nazir müavini qeyd edib ki, "Kraudfandinq haqqında" qanun layihəsində investorların müdafiəsi üçün risklərin açıqlanması, vəsaitlərin mühafizəsi və investisiya limitləri kimi tələblər öz əksini tapıb:

"Maraqların toqquşması və sui-istifadənin qarşısının alınması üçün insayder qadağası tələb kimi nəzərdən keçirilib. Belə ki, operator, onun əməkdaşları və yaxınları həmin operatorun idarə etdiyi platformada layihə sahibi ola bilməzlər. Bunun məhdud iştirak və təşviqat qadağası da layihədə öz həllini tapmış məsələlərdən biridir. Bəs kraudfandinq anlayışında niyə yalnız borc və səhm nəzərdə tutulur, digər qrant və yaxud da hibrid rejimdə niyə layihədə öz həllini tapmayıb? Məsələ hökumətdə dəfələrlə müzakirə olunmuş bir mövzudur. Azərbaycan hökumətinin gəldiyi qənaət ondan ibarətdir ki, yalnız səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi əsasları öz həllini tapmalıdır. Belə ki, qrantlar, "Qrant haqqında" qanun artıq mövcuddur və bu kimi tənzimləmələr bunun kraudfandinq formasında və yaxud da digər formasında asılı olmadan artıq "Qrant haqqında" qanunun tənzimləmə mövzusu olduğundan yenidən həmin mövzuları bura daxil etmə məqsədəuyğun hesab olunmayıb. Məhz səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsi isə bu spesifik qanun bilavasitə investorların hüquqlarının qorunması və kapital bazarlarının alətlərini əhatə etmək məqsədi daşıyır".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 İyul 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri