Orban: Gürcüstan iqtidarı Avropa İttifaqını qorxuya salan canavardır
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban indiki Gürcüstan hökumətini "Avropa İttifaqının qorxduğu heyvan" adlandırıb.
Orbanın fikrincə, büdcə kəsirinin və dövlət borcunun azalması ilə yanaşı, yeddi faizlik iqtisadi artım fonunda hər kəs Gürcüstana həsəd aparır. 
Baş nazir deyib: "Hələ 2022-ci ildə, qlobal liberallar ölkələrimizin indiki hökumətlərini qorumasına mane olmaq üçün bizdə də, sizdə də vəziyyəti laxlatmağa cəhd edirdilər... O halda nələr ola biləcəyini təsəvvür edin. Lakin hətta indi də əvvəlki kimi savaşmalı oluruq. Çünki onlar üçün Gürcüstan hökuməti - Brüsselin üzbəüz toqquşmaqdan qorxduğu vəhşidir". 
Siyasətçi ilk olaraq, məhz Gürcüstanın müqavimət göstərməyi qərara aldığını qeyd edib və belə bir hissin Macarıstana yaxın olduğunu əlavə edib. 
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 12 İyun 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















