Gürcüstan Parlamentinin sədri Avropa İttifaqını sərt tənqid ETDİ
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Avropa İttifaqı 4 oktyabr 2025-ci il tarixində radikalların prezident sarayına hücum cəhdi də daxil olmaqla törətdikləri zorakılığı pisləməyincə, Tbilisi Brüsselin bəyanatlarına məhəl qoymayacaq.
Redaktor.az bu barədə məlumatı "Vzqlyad" qəzeti yayıb.
Parlamentari qeyd edib ki, Gürcüstana, onun ictimaiyyətinə, xalqın seçiminə və azad seçim hüququna qarşı hücumlar davam edir və bu, Brüsselin siyasətində özünü göstərir. O, həmçinin xatırladıb ki, 4 oktyabr hadisələri zamanı Aİ nümayəndələri hakimiyyəti devirməyi planlaşdıran radikallara dəstək nümayiş etdiriblər.
Bundan əvvəl Papuaşvili Avropa İttifaqının Ukrayna və Moldovanın üzvlük yolunda Gürcüstanı qabaqladığını iddia etməsini gürcü xalqına qarşı "lağ etmək" kimi qiymətləndirmişdi. O, Gürcüstanın həm iqtisadi parametrlər, həm də demokratiyanın inkişafı baxımından həm Ukraynanı, həm də Moldovanı geridə qoyduğunu vurğulayıb.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 19 Mart 2026 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















