Orban: KQB də təlim keçənlərin düşüncəsini proqnozlaşdırmaq mümkün deyil
Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Macarıstanın Baş naziri Viktor Orban KQB tərəfindən təlim keçmiş şəxslərin düşüncə tərzini əvvəlcədən anlamağın mümkünsüz olduğunu bildirib.
Doğru.az xəbər verir ki, Orban bu fikri Rusiya–Ukrayna münaqişəsi fonunda siyasi qərarlar və ərazi məsələlərinin müzakirəsi zamanı səsləndirib. O, ehtimal ki, Rusiya Prezidenti Vladimir Putinə işarə edərək, “KQB-də təlim keçmiş insanların başına baxmaq mümkün deyil” deyə vurğulayıb.
Mövzu ilə bağlı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun açıqlaması da xatırladılıb. Vitkoff bir müddət əvvəl amerikalı jurnalist Taker Karlsona müsahibəsində Rusiya Prezidenti Vladimir Putini “çox ağıllı” hesab etdiyini bildirib.
O, həmçinin keçmişdə “ölkənin ən ağıllı insanlarının” KQB-yə qoşulduğunu vurğulayıb.
DOĞRU.AZ
Baxış sayı:56
Bu xəbər 25 Yanvar 2026 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















