Orban: Macarıstan seçkilər öncəsi fiziki zorakılığa hazırlaşmalıdır
Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Macarıstan da 2026-cı ilin yazında keçiriləcək parlament seçkiləri ərəfəsində fiziki zorakılığa hazırlaşmalıdır.Bu barədə o, “Facebook” sosial şəbəkəsində yazıb.
Viktor Orban bu açıqlamanı Çexiyanın keçmiş baş naziri Andrey Babişə hücumdan sonra verib. Dobra kəndində seçkiqabağı mitinqdə təqaüdçünün hücumuna məruz qalıb və onun başına bir neçə dəfə qoltuqağacı ilə zərbə endirib. Hücum edən şəxs polis tərəfindən saxlanılıb, Andrey Babiş isə xəstəxanaya aparılıb.
"Çexiyada indi şifahi təxribatların ardınca zorakılıq gedir, dostumuz Andrey Babiş qələbə ərəfəsində hücuma məruz qalıb. Amma buna baxmayaraq, onu dayandırmaq mümkün deyil. Macarıstanda biz də "xoruzlar"ın (Macarıstanın müxalifət partiyası Tisza) fiziki zorakılığına hazırlaşmalıyıq",- Macarıstanın baş naziri yazıb.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 03 Sentyabr 2025 08:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















