Orban seçkilərdə məğlubiyyətin səbəbini iqtisadi vəziyyətlə izah edib
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Viktor Orban bildirib ki, parlament seçkilərində məğlubiyyətin əsas səbəbi ölkədə iqtisadi artımın zəifləməsidir və bunu Ukraynadakı müharibə ilə əlaqələndirib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Macarıstan iqtisadiyyatına mənfi təsir göstərib və iqtisadi artımın zəifləməsinə səbəb olub. Bu da seçkilərdə məğlubiyyətlə nəticələnib.
Sherg.az xəbər verir ki, Viktor Orban qeyd edib ki, əgər iqtisadi artım 2-3 faiz səviyyəsində olsaydı, hakim partiya seçkilərdə qalib gələ bilərdi. Lakin bu göstəricilərə nail olunmayıb.
Məlumata görə, Macarıstan son illərdə iqtisadi durğunluq və zəif bərpa dövrü yaşayıb. Hökumət isə enerji qiymətlərinin artmasını müharibə və sanksiyalarla əlaqələndirərək ciddi iqtisadi itkilərdən danışıb.
Seçkilərdə Fidesz və müttəfiqləri parlamentdə azlıqda qalıb, müxalif Tisza Partiyası isə üstünlük əldə edərək yeni hökumətin formalaşdırılmasına hazırlaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:211
Bu xəbər 09 May 2026 04:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















