“Qarabağ”a məğlubiyyətin səbəbini izah edə bilmədi
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Tvente”nin baş məşqçisi Con van den Brom Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları ilk oyun haqda fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, niderlandlı mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında “Tvente”nin Bakıdakı cavab oyununda daha yaxşı çıxış edəcəyinə inandığını bildirib:
“Ağır məğlubiyyət yaşadıq. Çünki bazar günü “Zvolle”yə qarşı oyundan sonra hamımız pozitiv idik. Meydanda yaxşı vəziyyətdə olan 11 futbolçuya ehtiyacımız var. “Qarabağ” kimi komanda ilə qarşılaşanda səviyyəndən aşağı oynasan çox çətinlik çəkəcəksən. Amma bugünkü oyun gələn həftə üçün mənə ümid verir. Biz həqiqətən daha yaxşı oynaya bilərik”.
Mütəxəssis komandasının uğursuz çıxışının səbəbini izah edə bilmədiyini də söyləyib: “Bazar günü də eyni heyətlə oynamışdıq. Bəzən belə vəziyyəti izah etmək mümkün olmur. Komanda çox gərgin görünürdü, amma bunun səbəbini izah etmək həqiqətən çətindir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 21 Avqust 2026 01:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















