Orban: Ukraynanın Aİ yə qəbulu Avropada müharibəyə səbəb ola bilər KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına üzvlüyünün ciddi nəticələrə yol aça biləcəyini deyib.
KONKRET.az xəbər verir ki, onun fikrincə, bu addım birbaşa olaraq Aİ-ni Rusiya ilə toqquşma riski ilə üz-üzə qoyacaq.
“Bu gün Ukraynanın taleyi ondan ibarətdir ki, o, Rusiya Federasiyası ilə həmsərhəd olan bufer dövlətdir. Bu, kimlər üçünsə narahat və xoşagəlməz ola bilər, bəziləri bu vəziyyətdən qurtulmaq istəyir. Amma reallıq ondan ibarətdir ki, heç bir ölkə öz coğrafi ünvanını dəyişə bilməz,” – deyə Orban vurğulayıb.
Macarıstan lideri Aİ-ni ehtiyatlı olmağa çağıraraq bildirib ki, Ukraynanın inteqrasiyası bölgədə balansı poza və ciddi təhlükələrə yol aça bilər.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 26 İyul 2025 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















