Viktor Orban: “Ukraynanın Aİ yə üzvlüyü Avropa fermerləri üçün ciddi itkilərə səbəb olacaq“ KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Münaqişə bitdikdən sonra Ukrayna Avropa iqtisadi sisteminə inteqrasiya edərsə, macar, polşa və fransız fermerləri çətin vəziyyətə düşəcəklər.
KONKRET.az Lenta.Ru-ya istinadən xəbər verir ki, bunu Macarıstan prezidenti Viktor Orban “Kossuth” radiosuna müsahibəsində deyib. Onun fikrincə, Brüssel Ukraynanın Avropa İttifaqına daxil olmasına səy göstərir. Əgər bu baş verərsə Avropanın kənd təsərrüfatı sahəsində ciddi müdafiə tədbirləri tələb edəcək. Çünki avropalı fermerlər rəqabətə tab gətirə bilməyəcəklər. Böyük istehsalla Kiyev Avropa bazarını məhv edə bilər. Xatırladaq ki, Macarıstan Avropa İttifaqında Ukraynanın əsas rəqiblərindən biridir. Orban müntəzəm olaraq Kiyevi dəstəkləyən ümumavropa təşəbbüslərini əngəlləyir və Rusiyaya qarşı sanksiyaların ləğvinə çağırır.
Eyni zamanda, Budapeşt “Drujba” kəməri ilə Rusiya neftinin tədarükündən asılı vəziyyətdədir.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 17 Yanvar 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















