Icma.az
close
up
RU
Orban və partiyası seçki öncəsi güclü mövqeyini qoruyur

Orban və partiyası seçki öncəsi güclü mövqeyini qoruyur

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Budapeşt, 9 aprel, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orban seçkilər öncəsi kampaniyanın son mərhələsində fəallığını artıraraq ölkənin gələcəyi ilə bağlı optimist mesajlar verməyə davam edir. “Fidesz” partiyasının lideri hesab edir ki, seçicilər sabitlik, təhlükəsizlik və milli maraqların qorunması istiqamətində düzgün qərar verəcəklər.

AZƏRTAC xəbər verir ki, Macarıstan mətbuatında yayımlanan son müsahibələrindən birində Orban bildirib ki, hətta tərəddüd edən seçicilər belə onun hökumətinin siyasətini dərindən düşündükdə “Fidesz”i dəstəkləməyə üstünlük verəcəklər. O, seçkiləri ölkənin gələcək istiqamətini müəyyən edən mühüm mərhələ kimi qiymətləndirib və seçiciləri məsuliyyətli seçim etməyə çağırıb.

Baş nazirin sözlərinə görə, hökumətin əsas prioritetləri arasında sülhün qorunması, iqtisadi sabitlik və milli suverenliyin gücləndirilməsi dayanır. Orban vurğulayıb ki, Macarıstan çətin beynəlxalq şəraitdə belə, öz maraqlarını müdafiə etməyi bacaran güclü dövlət olaraq qalır.

Seçki kampaniyasının son həftəsində Orbanın nüfuzlu media platformalarında çıxışları da diqqət çəkir. O yerli medianın təşkil etdiyi xüsusi müsahibə proqramında da iştirak edərək hökumətin nəticələri və gələcək planları barədə geniş məlumat verib.

Analitiklər qeyd edirlər ki, uzun illərdir hakimiyyətdə olan “Fidesz” partiyası ölkədə sabit idarəetmə modeli formalaşdırıb və bu, seçicilər arasında mühüm dəstək bazası yaradıb. 2010-cu ildən bəri ardıcıl qələbələr qazanan Orban hökuməti siyasi təcrübə və idarəçilik baxımından rəqiblərindən fərqlənir.

Seçkilərin yaxınlaşdığı bir vaxtda hakim partiya seçicilərə ardıcıl inkişaf, təhlükəsizlik və milli maraqların qorunması mesajı verir. Bu isə “Fidesz”in qarşıdakı səsvermədə yenidən güclü nəticə əldə etmək potensialını artırır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Aprel 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri