Orbanın yaxın çevrəsi ölkədən kapital çıxarır İddia
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Macarıstanda keçirilən parlament seçkilərində Viktor Orbanın rəhbərlik etdiyi “Fidesz” partiyasının ağır məğlubiyyətindən sonra onun ən yaxın tərəfdaşlarının ölkədən böyük məbləğdə kapital çıxarmağa başladığı iddia edilir.
“Qafqazinfo” “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Orbanın “dar çevrəsinə” daxil olan ən azı üç nüfuzlu şəxsin öz aktivlərini xaricə köçürdüyü məlum olub.
Məlumata görə, vəsaitlərin bir hissəsi Yaxın Şərq ölkələrinə – Səudiyyə Ərəbistanı, Oman və BƏƏ-yə, digər hissəsi isə Avstraliya və Sinqapura yönləndirilir.
Xatırladaq ki, aprelin 12-də Macarıstanda keçirilən seçkilərdə Peter Macarın rəhbərlik etdiyi müxalif “Tisza” partiyası böyük fərqlə qalib gələrək parlamentdə mütləq çoxluğu əldə edib. Viktor Orban məğlubiyyəti etiraf edərək nəticələri “ağrılı” adlandırıb.
Onu da bildirək ki, dünən Orban daha bir gözlənilməz addım ataraq parlamentdəki deputat mandatından imtina etdiyini açıqlayıb. O, deputat yerini “Fidesz” partiyasına qaytardığını və hazırda parlamentdə deyil, “milli düşərgənin yenidən təşkili” prosesində daha çox lazım olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 27 Aprel 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















