Icma.az
close
up
RU
Ordu hazır vəziyyətə gətirildi Türk ölkəsi HƏRƏKƏTƏ KEÇDİ KONKRET

Ordu hazır vəziyyətə gətirildi Türk ölkəsi HƏRƏKƏTƏ KEÇDİ KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qazaxıstanla Rusiya arasında gərginlik artır. Moskva uzun illər susqun qaldığı ərazi iddialarını yenidən gündəmə gətirir. Şimali Qazaxıstanla bağlı səsləndirilən “tarixi Rusiya torpaqları” ritorikası, Putinin Tokayevə yönəlik “xilas etdik” açıqlaması və Rusiya mediasında yayılan mesajlar Kremldən Astanaya açıq siqnal kimi qiymətləndirilir. Siyasi müşahidəçilər prosesin Ukrayna ssenarisini xatırlatdığını və bölgədə yeni bir münaqişənin alovlana biləcəyini istisna etmir.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, son vaxtlar Rusiya ilə Qazaxıstan arasındakı münasibətlərdə gərginlik həndəsi silsilə ilə artır.

Onun fikrincə, bu, əsasən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkəsinin milli maraqlarını maksimum qoruyaraq müstəqil siyasət yürütmək səyləri ilə bağlıdır:

“Hazırda Qazaxıstan Rusiyadan daha çox Çinlə, xüsusilə iqtisadi sahədə sıx əlaqələr qurur və bu istiqamətdə addımlar atılır. Lakin Moskvanın bu inkişaflara qısqanclıq və bəzən təhdidkar reaksiyası gözə çarpır. Qazaxıstan və Rusiya mətbuatında tez-tez belə fikirlər səslənir ki, vaxtilə Putin Şərqi Ukraynanın Rusiyaya, Qazaxıstanın şimal hissəsinin isə oxşar aqibətə məhkum olduğunu bildirmişdi. Rusiyanın Ukraynaya qarşı müharibəsi, şərq ərazilərini zəbt etməsi və Krımın ilhaqı bu iddiaları daha da qüvvətləndirir. Bundan əlavə, 1922-ci ildə SSRİ yaradılan zaman Rusiyanın Qazaxıstana beş ərazi verməsi və bunun nəticəsində Qazaxıstan SSR-inin formalaşması barədə geniş yayılan fikirlər də tarixi yanlışlıqlarla doludur. Rusiya siyasi rəhbərliyinin Qazaxıstanın qədim dövlətçilik tarixinin olmadığını, dövlətçiliyin yalnız Qızıl Orda dövründən başladığını deməsi də bu yanaşmanı gücləndirir”.

Deputat deyib ki, səsləndirilən fikirlər fonunda rəsmi Moskvanın Qazaxıstanla bağlı siyasətində ciddi siyasi və hərbi təbəbatların ola biləcəyi düşünülür:

“2022-ci ildə Qazaxıstanda yaranan gərgin vəziyyətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrinin Tokayevin xahişi ilə ölkəyə daxil olması da bu kontekstdə dəyərləndirilir. Lakin Rusiya bu hadisəni öz maraqlarına uyğun təqdim edir, guya Qazaxıstan hakimiyyətini “xilas edib”. Tokayevin isə fikri başqadır, o bunu rədd edir və yardımın KTMT çərçivəsində, ümumi dəstək kimi qiymətləndirilməsini istəyir. Tokayev açıq şəkildə Rusiyanın ilhaq etdiyi əraziləri Rusiya torpağı saymadığını bildirərək, müstəqil və milli maraqları qoruyan siyasət yürütür. Bu da Moskva tərəfindən qəbul edilmir və belə yanaşmalar həzm olunmur. Buna görə də Qazaxıstanla Rusiya arasındakı təzyiqlərin artması və bu təzyiqlərin hərbi təbəqəyə keçməsi ehtimalı mövcuddur. Bu reallıqların fonunda Qazaxıstan ordusunun gücləndirilməsi üçün ciddi tədbirlər görülür və döyüşə hazırlıq səviyyəsi yüksəldilir. Qazaxıstan həmçinin Türk Dövlətləri Təşkilatının üzvüdür və Türkiyə, eləcə də digər üzv dövlətlərlə strateji əhəmiyyətli əlaqələrə malikdir”.

Elman Nəsirov Rusiyanın problemlər yaşadığını qeyd edib:

“Rusiya artıq Ukrayna müharibəsində ciddi problemlər və böyük itkilərlə üzləşib. O, həm iqtisadi, həm də insan resursları baxımından zəifləyib. Belə vəziyyətdə Moskvanın yeni cəbhə açması ehtimalı zəifdir. Amma yenə də Rusiyanın Qazaxıstanın müstəqil siyasətini zəiflətmək üçün siyasi, diplomatik və lazım gəldikdə hərbi təzyiq mexanizmlərini işə salması gözləniləndir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Avqust 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri